Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İnauqurasiya ərəfəsində “impiçment” söhbəti
İnauqurasiya ərəfəsində “impiçment” söhbəti
18 Yanvar 2017 / 16:20 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4
“The Guardian” yazır ki, The Apprentice televiziya yarışının keçmiş iştirakçısı bir vaxtlar həmin verilişi aparmış Donald Trampı böhtan iddiası ilə məhkəməyə verir.
Bu qadın Donald Trampı onu əlləşdirməkdə və aqressiv şəkildə öpməkdə ittiham edəndən sonra, milyarder onu “yalançı” adlandırmışdı.
İndi xanım Summer Zervos Trampı məhz bu “yalançı” sözünə görə məhkəməyə çəkir. O iddia edir ki, Trampın onu yalançı adlandırması onun “reputasiyasına zərbə vurub”. Xanım Zervos indi Donald Trampın onun ittihamlarını boynuna almasını tələb edir.
Onun vəkili Gloria Allred məhkəməyə Trampın inaqurasiyasına 3 gün qalanda müraciət edib.
Xanım Zervos jurnalistlərə deyib ki, Tramp onun ittihamlarını boynuna alsa, heç maliyyə kompensasiyası da istəmədən şikayətini geri götürəcək.
“The Guardian” yazır ki, New York məhkəməsinə təqdim edilmiş 20 səhifəlik iddia Birləşmiş Ştatların gələcək ali baş komandanına qarşı ittihamlarla doludur.
Vəkil bildirir ki, Tramp iddiaları yalan adlandırmaqla özü yalan danışıb.
Veteran qadın müdafiəçisi kimi tanınan Allred deyib ki, Zervos şənbə günü Washington-da keçiriləcək anti-Tramp yürüşünə qatılacaq.
Vəkil xatırladıb ki, 1994-cü ildə Paula Jones-un şikayət ərizəsi az qala prezident Bill Klinton-un impiçmenti ilə başa çatacaqdı.
Tramp sözçülərindən Hope Hicks “The Guardian” qəzetinə email-də iddiaların əsassız olduğunu yazıb.
Bir çox təhlilçilər bildirirlər ki, bu məhkəmə işinin nəticəsi hələlik açıq sual olaraq qalır.
Lakin vəkil bildirir ki, bu ölkədə qanun hamıdan yüksəkdə dayanır və Tramp bu məhkəmədəki suallara yataq otağında Tvitterdən yox, dinləmə zalından cavab verməli olacaq.
Hər kəs öz kompromatını özü yaradır. Sevə-sevə…
“The İndependent” qəzeti yazır ki, təkcə prezidentlərə yox, lazım olsa, elə hamımıza kompromat tapılar.
Məqalədə deyilir ki, sevgi və ya evlilik münasibətləri zamanı açdığınız intim və xəlvət sirləriniz potensial təhlükə daşıyıcısıdır, çünki ən əziz və doğma münasibətlər də bir gün pozula bilər.
Ömür-gün yoldaşınıza, qəlb dostunuza açdığınız şəxsi sirlər bir gün əleyhinizə çevrilə bilər.
Elə Donald Trampın təcrübəsi də göstərir ki, iki ingilis sözündən (compromising material) düzəldilmiş bir rus sözü – “kompromat” ictimai həyatınızda ən təhlükəli nəticələrə səbəb ola bilər.
Qəzet yazır ki, dünyada heç də hamının alnına ən böyük ölkənin prezidenti olmaq yazılmayıb, lakin hər birimizin elə sirr olaraq qalmalı məlumatlarımız var.
İnsanlar sevgi və ya evlilik münasibətlərində olarkən çox vaxt partnyorlarına müdirləri, dostları, yaxın qohumları haqqında gileylənir, qiybət qırırlar.
Amma hər dəfə belə söhbətlər edəndə gözünüzün qabağına gətirin ki, bir gün sevgiliniz “keçmiş sevgiliyə” çevrilə bilər. Bu zaman dedikləriniz, donquldandıqlarınız da kompromata çevrilməzmi?
Söhbət xüsusilə də bir-birinizə göndərdiyiniz seksual məzmunlu SMS-lərdən və ya sekstlərdən, intim fotolardan gedir.
“The İndependent” yazır ki, bəzi aşırı açıq və səmimi adamlar kiminləsə münasibətlərinin çox erkən mərhələsində öz sirlərini aşırı açıqlıqla paylaşırlar.
Kiminsə barəsində yazdığınız SMS-dən az sonra hirsiniz soyuyar, hətta belə düşündüyünüzə peşman da ola bilərsiniz. Lakin bu peşmançılıq potensial kompromatı silə bilmir.
Tanışlıq və münasibətlər psixoloqu Madeleine Mason “The Independent” qəzetinə deyib: “Özünüzə belə bir sual verin: Bu göndərdiyimi ailəm və həmkarlarım görsə, necə olar? Cavab “pis”dirsə, bunu etməyin”.
Ekspert deyir ki, əlbəttə, “dilin ucuna gələni saxlamaq” müəyyən mənada “çılğınlığa nəzarətin” vərdişə çevrilməsini tələb edir.
Xanım Mason xüsusilə də virtual kommunikasiyalara ehtiyatla yanaşmanı məsələhət görür: “Unutmayın ki, göndərdiyiniz, forvard etdiyiniz, paylaşdığınız material da kompromat ola bilər”.
Bunu da yadda saxlayın ki, Snapchat və Skype zəngləri yazıla bilər.
Bir anlıq göz önünə gətirin ki, bu kommunikasiyalarda dediklərinizi və görüntülədiyiniz videoları, fotoları paylaşa bilərlər.
Əlbəttə, sevdiyiniz və ya ünsiyyətdə olduğunuz ləyaqətli insan balası, mələk övladı olsa da, heç nəyə heç vaxt tam qarantiya yoxdur.
Əgər belə çox sevirsinizsə, yazır “The İndependent”, heç olmasa münasibətlərinizin erkən dövründə bir az ağzıbütöv olun.
Axı bir 20 ildən sonra siz də prezident ola bilərsiniz (BBC).
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə