Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tereza Meyin “Brexit” planı: əsas maddələr
Tereza Meyin “Brexit” planı: əsas maddələr
18 Yanvar 2017 / 16:02 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4
XİN-dəki çıxışı zamanı Tereza Mey avropalı müttəfiqləriylə yaxşı münasibətlərin qorunmasına çalışacağını qeyd edərək, ölkəsinin qlobal iqtisadi cəmiyyətin daha fəal üzvü olmasını istədiyini vurğulayıb.
Onun sözlərinə görə Aİ ilə danışıqlarda bir neçə əsas prioritetlər var:
1. Böyük Britaniya AB-ni tərk etdikdən sonra İsveçrə və Norveç kimi Avropa vahid bazarında qalması mümkünsüzdür. Bu Avropa qanunlarıyla razılaşmaq, həm də eyni zamanda buna nəzarət imkanından imtina etməkdir.
2. Bu, həmçinin Böyük Britaniyanın Avropa Gömrük İttifaqından çıxmasına da aiddir. Cünki Avropa Gömrük İttifaqında üzvlüyün saxlanması Böyük Britaniya ilə digər ölkələr arasında ticarət sazişlərinin bağlanmasına maneə yaradar.
3. Hökumətin Aİ ilə rüsumsuz ticarət əlaqələrinin – ya yeni gömrük razılaşması və ya mövcud Gömrük İttifaqında məhdud üzvlük çərçivəsində qorunub saxlanması.
4. Parlamentə təqdim ediləcək hokumət siyasəti şəffaflığı və aydınlığı ilə seçiləcək
5. Aİ-ni tərk etmək ölkənin yaşadığı qanun və qaydaların Brüsseldə deyil, Londonda, Kardiffdə, Edinburqda və Belfastda qəbul edilməsi deməkdir. Bu isə o deməkdir ki, Birləşmiş Krallığın tərkib hissələri arasında əlaqələrin möhkəmləndiriliməsi Böyük Britaniyanın gələcəyində vacib amillərdən biri olacaq.
6. Böyük Britaniya ilə İrlandiya arasında xüsusi münasibətlərin qorunub saxlanması, xüsusilə ticarət və azad hərəkət etmək məsələsi
7. Aİ vətəndaşlarının Britaniyada və Britaniya vətəndaşlarının Aİ-dəki miqrasiya hüquqlarına “nəzarəti”
8. Hökumət işçilərin qanunvericilikdə olan hüquqlarını nəinki qoruyub saxlayacaq, hətta genişləndirəcək. Bu əmək qanunvericiliyinə və sosial müdafiə tədbirlərinə aiddir.
9. Böyük Britaniya ilə Aİ arasında gələcəkdə ticari məsələlər vacib yerdədir. Razılaşma Brüsellə əldə olunacaq ayrıca sazişə əsaslanmalıdır.
10. Böyük Britaniyanın müstəqil ölkə qismində və ticari tərəfdaş kimi qlobal arenaya çıxmaq zamanıdır.
11. Aİ ilə gələcəkdə nəzərdə tutulan saziş Böyük Britaniyanın Avropa ölkələri ilə elm, təhsil və səhiyyə sahəsində əməkdaşlığının davam etdirilməsini nəzərdə tutmalıdır.
12. Aİ üzvləriylə müdafiə, təhlükəsizlik, xüsusilə terrora və beynəlxalq cinayətkarlığa qarşı mübarizə istiqamətində əməkdaşlığın davamı.

Böyük Britaniyanın baş naziri Tereza Mey Londonda ölkənin Avopa İttifaqını (Aİ) tərk etməsi məsələsinə həsr olunmuş proqramla çıxış edib. Əslində bu çıxış Böyük Britaniya hökumətinin Brexit danışıqlarında tutduğu mövqenin qısa xülasəsi sayıla bilər.

arxiv.bizimxeber.az 


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə