Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri
Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri
22 Yanvar 2017 / 15:45 / Baxış sayı: 1482
Font1 Font2 Font3 Font4

“Dünya xoşbəxtlik hesabatı” hazırlanıb

Dünyanın ən xöşbəxt və bədbəxt ölkələrinin adları açıqlanıb. İstiPress-in “Hürriyət”ə istinadla verdiyi məlumata görə, BMT-nin İnkişaf proqramı çərcivəsində “Dünya xoşbəxtlik hesabatı” hazırlanıb.

Dünyanın ən xoşbəxt yerləri siyahısına Kosta Rika başçılıq edir. Onu Meksika və Kolumbiya izləyir. Vanuatu, Vyetnam, Tailand, Yamayka, Norveç, İspaniya, İndoneziya, Hollandiya, Argentina, Fillipin kimi ölkələrdə yaşayanlar da özlərini xoşbəxt hiss edir.

Xoşbəxtlik siyahısından kənar qalanlara isə Çad başçılıq edir. Nə qədər qəribə olsa da ikinci yerdə Lüksemburqun adı gəlir. İlk üçlüyü Toqo qapayır. Ümumi siyahıda isə Monqolustan, Türkmənistan, Brundi, Cənubi Afrika, Cibuti, kamerun, Nigeriyanın da adı var.

“Dünya xoşbəxtlik hesabatı”na ötən il Danimarka başçılıq edib. Son pillədə isə Brundi olub. Hesabatda qeyd edilib ki, bərabərlik problemi daha az olan ölkələrdə insanlar özlərini daha xoşbəxt hiss edirlər.

Hesabatın tərtibatı zamanı insanlardan həyatlarını 10 ballıq şkala ilə qiymətləndirmələri xahiş olunur. Bundan başqa, adambaşına düşən gəlir, sosial dəstək, sağlam həyat tərzi kimi faktorlara da diqqət yetirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə