Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sosial mənzillərlə bağlı növbəti layihədə 4000 ev tikiləcək
Sosial mənzillərlə bağlı növbəti layihədə 4000 ev tikiləcək
18 Yanvar 2017 / 17:12 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4

Güzəştli mənzil yalnız prezident  fərmanında göstərilmiş müəyyən əhali kateqoriyası üçün nəzərdə tutulub. Böyük ehtimalla, dövlətin sosial siyasətinin inkişaf dinamikasından asılı olaraq, müəyyən müddətdən sonra siyahı müəyyən qədər dəyişə bilər.

Lent.az-ın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Region Plus” jurnalına verdiyi müsahibəsində deyib ki, bu zaman agentlik də müvafiq dövlət qurumu kimi sözügedən kateqoriyaların genişləndirilməsi təklifi ilə hökumətə müraciət edə bilər: “Bizdə müəyyən göstəricilər bazası, mənzillər həcmi olduqdan və müəyyən təhlil işi görüldükdən sonra bu, mümkün ola bilər”.

S.Nuriyevin sözlərinə görə, statistika və aparılmış tədqiqatların nəticələrinə görə, bu gün uyğun qiymətlərlə mənzilə ən böyük tələbat məhz Bakıda müşahidə edildiyindən növbəti layihənin də məhz paytaxtda gerçəkləşdirilməsi barədə qərar qəbul edilib: “ Müvafiq dövlət qurumlarından olan həmkarlarımız tərəfindən təklif edilən torpaq sahələri arasında həm şəhərin inkişaf planı baxımından, həm də nəqliyyat və başqa mühəndis-kommunikasiya şəbəkələrinin çəkilməsi imkanı baxımından ən əlverişlisi Suraxanı rayonundadır. Sahəsi 20 hektar olan bu torpaq sahəsi Zığ – Hava Limanı yolu ilə Hövsan qəsəbəsi arasında yerləşir.

Hazırda bu məsələnin məsul qurumlarla razılaşdırılması qalıb. Nazirlər Kabineti tərəfindən bu torpaq sahəsinin «MİDA» MMC-nin sərəncamına verilməsi barədə qərar qəbul edildikdən sonra, biz dərhal ərazinin müfəssəl planının işlənməsinə və layihə-smeta sənədlərinin hazırlanmasına başlayacağıq. İlkin hesablamalara görə, bu ərazidə tikiləcək mənzillərin sayı, təxminən, 4000 olacaq. Bununla belə, yekun rəqəm hazırda müzakirə edilən bir sıra detallardan asılı olacaq”.

MİDA direktoru qeyd edib ki, sonrakı mərhələdə respublikanın başqa şəhərlərində və rayon mərkəzlərində  də müvafiq layihələr gerçəkləşdirilməsi planlaşdırılır.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə