Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı ŞOKA SALDI
28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı ŞOKA SALDI
19 Yanvar 2017 / 10:45 / Baxış sayı: 3524
Font1 Font2 Font3 Font4

Ukraynada əsl elm dühası peyda olub.

arxiv.bizimxeber.az sputnik.az-a istinadla xəbər verir ki, Kiyev Molekulyar biologiya və genetika İnstitutunun əməkdaşı, 28 yaşlı elmlər doktoru Olqa Brovarets dünya miqyasında məşhurlaşıb. İndi onun haqqında dünyanın bütün elmi jurnalları yazır, Avropa ölkələri isə onu daimi vətəndaşlığa qəbul etmək üçün hər şeyə hazırdır. Səbəb nədir? Brovaretsin xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtirası.
Məlumdur ki, hər bir insanın orqanizmində 23 cüt xromosom var. Onların hər birində canlı orqanizmdə olan bütün genetik informasiyaların qorunduğu DNT var. Formasına görə DNT burulmuş spiralı xatırladır. Əgər bu spiralı açsaq, aydın olacaq ki, onun dəqiq həndəsi quruluşu mövcuddur. Mutasiyaya uğramış cüt başqa cür görünür ki, onu da alimlər “donqar” adlandırırlar. Onlar orqanizmdə dəyişikliklər və xəstəlik yaratmaq üçün DNT-ni necə aldadırlar, spirala necə sığışırlar, bax bu, indiyə qədər elm üçün ağ ləkələr olaraq qalır.
Olqa bunun baş verdiyi qanunauyğunluğu hesablamağa nail olub. Bu mutasiya xərçəng və digər genetik təbiətli ağır xəstəliklərin səbəbidir. Buna görə də, 28 yaşlı ukraynalı qızın ixtirası əsl sensasiyadır. Bununla təkcə xərçəngə deyil, mutasiya ilə bağlı olan digər xəstəliklərə də qalib gəlmək mümkündür. Ukraynanın elmi isteblişmenti və KİV əmindir ki, bu ixtira Nobel mükafatı alacaq.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə