Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yevda Abramov əsəbiləşdi
Yevda Abramov əsəbiləşdi
19 Yanvar 2017 / 11:27 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4

“Milli Məclisin İnsan hüquqları komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.
Yevda Abramov bu kimi halların baş verdiyi təqdirdə vətəndaşların Milli Məclisdən incik düşdüyünü bildirib.
“Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.
İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmayıb.
“Dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil. Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə