Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obamanın Ağ Evdə son mətbuat konfransı
Obamanın Ağ Evdə son mətbuat konfransı
19 Yanvar 2017 / 12:04 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Barak Obama yanvarın 19-da Ağ Evdə sonuncu mətbuat konfransını keçirib.

Mətbuat konfransı zamanı Barak Obama bir çox məsələlərə, o cümlədən ABŞ-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, “WikiLeaks”ə dövlət əhəmiyyətli məxfi məlumatları verən informator Çelsi Meninqin cəzası ilə bağlı qərarı, Kuba ilə əlaqələrin bərpası, Fələstin ərazilərində yəhudi məskənlərinin inşasının dayandırılmasını tələb edən 2334 saylı qətnamənin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmasına ABŞ-ın dəstəyi, ABŞ-İsrail münasibətləri, Obama administrasiyasının eynicinslilərin nikahının leqallaşdırılması məsələlərinə toxunub.

ABŞ-ın gələcək prezidentlərindən danışan B.Obama əmin olduğunu bildirib ki, o, Amerika Birləşmiş Ştatlarının yeganə qaradərili rəhbəri olmayacaq. Gələcəkdə qadınlar, müxtəlif mənşəyə, dinə və irqə məxsus insanlar ABŞ prezidenti olacaq. O, həmçinin qeyd edib ki, Amerika seçki sisteminin ən böyük problemlərindən biri seçkilərin saxtalaşdırılması deyil, seçicilərin səsverməyə getmək əzminin olmamasıdır.(AzərTAc)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə