Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yeni robot evinizi daha ağıllı hala gətirmək üçün sizə kömək edəcək (VİDEO)
Yeni robot evinizi daha ağıllı hala gətirmək üçün sizə kömək edəcək (VİDEO)
19 Yanvar 2017 / 22:08 / Baxış sayı: 1126
Font1 Font2 Font3 Font4

Evimizdə bizlərə dostluq edə biləcək robotlara daha bir yenisi əlavə olundu. Mayfield Robotics tərəfindən inkişaf etdirilən bu sevimli robot Kuri adı ilə istifadəçilərinə təqdim edilib.

Qısa bir müddət əvvəl Asusun sevimli robotu Zenbo əyləncəli bir performansla qarşımıza çıxmışdı. İndi də Bosch, Mayfield Robotics yeni layihəsi Kuri’yi təqdim etdi. Sahib olduğumuz bütün cihazlar ilə evdəki əşyalarımız get-gedə ağıllı bir hala gələrkən, robotlar da yavaş-yavaş evlərimizdə öz yerlərini almağa başlayıblar. Təxminən 50 sm hündürlüyündəki bu şirin robot, evinizi daha ağıllı hala gətirməyi və həyatınızı asanlaşdırmağı planlaşdırır.

Proqramlaşdırılması olduqca sadə olan Kuri, eyni zamanda 1080p çəkiliş edə bilən bir kameraya sahibir. Beləliklə də, evinizin davamlı olaraq nəzarət altında olmasına imkan yaradır. Sevimli robot olan Kuri, suallara “insani” cavablar veri, istəsəniz musiqi çalır və ya kitab oxuyaraq sizi təqib edir. Robot IFTTT sayəsində evdəki digər ağıllı cihazlarla da ünsiyyət qura bilir. Ailənin bütün üzvlərini ayrı-ayrılıqda tanıyan Kuri, evdəki əşya və pilləkənlərə zərər vermədən rahatlıqla gəzə bilir. Batareyası bitmək üzrə olanda isə təyin olunan sahəyə geri dönür.

Mayfield’ın bu sevimli robotunu 100 dollar ödəyərək lkin sifariş edilə bilmək mümkündür.Kuri’yə sahib olmaq üçün isə 699 dollar ödəmək lazımdır.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə