Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Seçkidə uduzan prezident hakimiyyəti təslim etmir – Ölkədə fövqəladə vəziyyət elan edildi
Seçkidə uduzan prezident hakimiyyəti təslim etmir – Ölkədə fövqəladə vəziyyət elan edildi
19 Yanvar 2017 / 12:50 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4

Qambiyada qeyri adi hadisə baş verib.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Afrika ölkələrindən biri olan Qambiyanın dövlət başçısı Yəhya Camme dekabr ayında keçirilən prezident seçkilərində məğlub olsa da, israrla hakimiyyətdən getməyəcəyini söyləyib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Məclisini hərəkətə keçirən bu bəyanat ölkədə fövqəladə halın elan edilməsi ilə nəticələnib. Dünən gecə Qərbi Afrikanın başqa bir ölkəsi olan Mavritaniyanın dövlət başçısı Ould Abdel Əziz Yəhya Cammeni ziyarət edərək sabaha qədər hakimiyyəti təslim etməyəcəyi halda hərbi müdaxilə yolu ilə rəhbərlikdən uzaqlaşdırılacağını bildirib.

Qeyd edək ki, 1994-ci ildə dövlət çevrilişi ilə vəzifəyə gələn və Qambiyada 22 ildir iqtidarda olan Yəhya Camme prezident seçkilərində səslərin 36,7 faizini toplayaraq Birləşmiş Demokratlar Partiyası başçısı Adama Barrova (45.5%) məğlub olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə