Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlılarla erməniləri Rusiya üz-üzə qoyub
Azərbaycanlılarla erməniləri Rusiya üz-üzə qoyub
19 Yanvar 2017 / 13:04 / Baxış sayı: 2246
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib. Sənədlərlə ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində o vaxtkı sovet Azərbaycanının siyasi və iqtisadi həyatına dair də məxfi sənədlər var.

Həmin sənədlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məktubdur.

MKİ direktoru Uilyam Uebsterin ABŞ vitse-prezidentinə yazdığı 16 iyun 1988-ci il tarixli, CIA-RDP90G01353R001500220005-1 nömrəli məktubda qeyd olunur ki, Moskva Qafqazdakı etnik qrupların maraqları ilə hələ Rusiya imperiyası dövründən “oynayıb”.

U.Uebster məktubda qeyd edib ki, ermənilərlə azərbaycanlılar arasındakı münaqişənin tarixi qədimdir. O etnik və dini amillərlə bağlıdır. Belə ki, ermənilər ortodoksal xaçpərəstlər, azərbaycanlılar isə şiə mənsəbinə etiqad edən türklərdir.

Maraqlıdır ki, məktub üzərindən “tamamilə məxfidir” qrifi yanız 21 avqust 2012-ci ildə götürülüb və o cəmi bir neçə saat əvvəl ictimailəşdirilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə