Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da 20 Yanvar faciəsi qeyd edildi
SDU-da 20 Yanvar faciəsi qeyd edildi
19 Yanvar 2017 / 14:23 / Baxış sayı: 804
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin imza-ladığı «20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncama əsasən Sumqayıt Dövlət Universitetində bir sıra tədbirlər həyata keçirilir.

Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində 20 Yanvar faciəsini özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirdilər. Sonra professor-müəllim və tələbə heyəti universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və onların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində böyük əhəmiyyət daşıdığını və xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd xalqın gözünü qıpmaq, onun əzmini, iradəsini sındırmaq istəyən Çar cəlladlarının həmin gecə Azərbaycanın bütün bölgələrini, paytaxt Bakı da daxil olmaqla qan gölündə boğmaq idi. Sovet əsgərlərinin, Çar cəlladlarının topunun, tüfənginin üstünə istiqlal eşqi, vətən sevinci ilə əliyalın gedən xalqımız “Ya Azad ol, ya tamam yan, Azərbaycan” nidası ilə şəhid köynəyindən kəfən geydi. Bakı qərənfillərindən başına al qanından tac qoydu. Çənbərəkəndi ötən əsrin 50-ci illərdində “Dostluq parkı”na çevirənlərə dağ çəkdi. Xalq 20 Yanvar şəhidlərini Çənbərəkənddə, Bakının ən uca zirvəsində torpağa tapşırdı.

Rektor onu da vurğuladı ki, şəhidlər dəfn olunan gün Moskvada Azərbaycan Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev partiya biletindən imtina etdi. Xalqının qatillərini cinayətkar adlandıraraq, Mixail Qorbaçovu, onun havadarlıq etdiyi daşnaqların tarix qarşısında cavab verəcəyini söylədi. 20 Yanvar dəhşətlərindən sonra ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqi-şəsini, Xocalı dəhşətlərini, Qarabağ faciələrini, qaçqın və məcburi köçkünlərin kədərini, Şuşa niskilini yaşasa da milli istiqlala qovuşdu. 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdandan sonra 20 Yanvar hadisələrinə, ümumiyyətlə soyqırımlar tarixinə siyasi qiymət verən, şəhidlərin adını əbədiləşdirən, onların ruhuna ehtiram əlaməti olaraq “Şəhidlər” Memarlıq Kompleksini ucaltdıran Ulu Öndər Azərbaycanın müstəqilliyini əbədi, daimi, dönməz etdi.

Prezident cənab İlham Əliyevin daxili və xarici siyasəti ilə Milli istiqlaldan milli dövlətçiliyə gələn şərəfli yol xalqımızı milli gələcəyə doğru aparır.

Tədbirdə Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, Karyera mərkəzinin müdiri Zahid Bünyadov Yanvar faciəsinin baş vermə tarixindən, səbəblərindən, xalqın əsrlərlə Rus rejimindən, müstəmləkə siyasətindən azad olmaq uğrunda mübarizəsindən əhatəli şəkildə bəhs etdilər. Natiqlər 27 il əvvəlki hadisələrin yalnız faciə deyil, həm də xalqımızın tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğuladılar.

Şəhid ailələri adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin universitet rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Tələbələrdən Əliyar Rəfiyev, Anarə Rzayeva, Könül İbrahimova, İbrahim Qanıyevin vətənpərvərlik ruhunda söylədikləri şeirlərdə də əsl vətəndaşlıq, torpağa bağlılıq, vətənə məhəbbət, milli qeyrət, düşmənə nifrət hissləri öz əksini tapdı. Sonra rektor professor Elxan Hüseynov şəhid ailələrini qəbul etdi. Onların maddi-mənəvi problemləri ilə maraqlandı və universitet rəhbərliyi tərəfindən yardım edilməsinə göstəriş verdi.

arxiv.bizimxeber.az

sdu (3) sdu (2) sdu (1)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə