Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tehranda ölənlərin sayı 50-yə çatıb-YENİLƏNİB
Tehranda  ölənlərin sayı 50-yə çatıb-YENİLƏNİB
19 Yanvar 2017 / 15:42 / Baxış sayı: 1380
Font1 Font2 Font3 Font4

Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.

“PressTV” xəbər verir ki, binanın dağıntıları altında 50-100 nəfərin qaldığı ehtimal olunur.

Ölənlərin sayının artacağı istisna edilmir.

*   *   *14:54

Tehranda 17 mərtəbəli “Plasko” ticarət mərkəzində yanğının 9-cu mərtəbədə baş verməsi bildirilir.

“Təsnim” agentliyinin verdiyi məlumata görə, bina 50 il öncə tikilib.

Hazırda binanın yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, xilasedicilər xilasetmə işləri aparırlar. Belə ki, son məlumatlara görə, uçmuş binanın altında 30-a yaxın adamın olduğu bildirilir. Binanın dağıntıları altında qalan şəxslərin hamısının yanğınsöndürənlər olduğu barədə məlumat verilib.

Tehranın baş qubernatorunun müavini Mosin Hamedaninin sözlərinə görə, yaxınlıqda yeləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirliklərində əməkdaşların təxliyyəsi yanğın baş verən zaman, bina çökməmiş dərhal həyata keçirilib.

*   *   *14:04

İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb.

“Habertürk” xəbər verir ki, bu haqda İranın rəsmi televiziyası məlumat yayıb.

*   *   *13:01

İranın paytaxtı Tehran şəhərində güclü yanğın nəticəsində 17 mərtəbəli ticarət mərkəzi çöküb.

arxiv.bizimxeber.az bildirir ki, bu barədə İran KİV xəbər verir.

İranda 17 mərtəbəli bina çöküb.

 İran Dövlət televiziyasının verdiyi məlumatda bildirilir ki, paytaxt Tehranda şökən binada əvvəlcə yanğın başlayıb. Güclü yanğın binanın çökməsi ilə nəticələnib.

Rəsmi məlumatlara görə, səhər saatlarında baş verən hadisə zamanı 25 nəfər yaralanıb.

Qeyd edək ki, hadisə yerində nəqliyyatın hərəkəti dayandırılıb.

Tehranda 17 mərtəbəli ticarət mərkəzində baş verən yanğından sonra çökməsi nəticəsində 30-a yaxın yanğınsöndürən xəsarət alıb.

 Məlumata görə, yanğından sonra oradakı insanlar təxliyyə edilib.

İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində azı 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb.

Bu barədə İran televiziyaları məlumat yayıb.
arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə