Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Abutalıbovu ciddiyə almayın, gülün…” – Media mütəxəssisləri
“Abutalıbovu ciddiyə almayın, gülün…” – Media mütəxəssisləri
19 Yanvar 2017 / 14:54 / Baxış sayı: 876
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə KİV nümayəndələrinə qarşı aşağılayıcı münasibət sərgiləyib.

Bakıya sonuncu yağış yağan zaman Binəqədi və Zabrat qəsəbələrini su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb: “Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.

Bu açıqlama isə dünən gecədən bəri sosial şəbəkələrdə ciddi qınaqla qarşılanıb.

Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, Abutalıbov açıqlama verərkən şəhər meri olduğunu unudub: “Hacıbala müəllim bu söhbəti o qədər səmimi edib ki, hətta bir anlıq Bakı şəhərinin meri olduğunu unudub. O az qala Sovet dövründə olan iməcliklərdə edilən müraciətlər kimi danışırdı. Amma sadəcə olaraq yaddan çıxardıb ki, o, şəhər meridir”.

 

 

Q.Məhərrəmli hesab edir ki, bu məsələni ciddiyə almaq lazım deyil: Bu, qeyri-ciddi müraciətdir. Hər kəsin öz işi var. Hacıbala müəllim arx qazmalıdır, jurnalistlərdə onun yaxşı və ya pis arx qazmasını işıqlandırmalıdır. Fikrimcə, jurnalistlər şəhər merinin bu qeyri-ciddi “iradına” etiraz etməməlidir. Onlar buna xeyli yumoristik yanaşmalıdır, necə ki yanaşırlar. Məsələni çox müzakirə edəndə, ciddi fakta çevrilir. Məmurların hərəsi bir şeyi danışır. Media da bunu işıqlandırdığı zaman xeyli qeyri-ciddi mənzərə yaradır. Ona görə də yumorla bunların üstündən keçmək lazımdır. Bunu ciddi müzakirə mövzusuna çevirməyə ehtiyac yoxdur”.

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə vurğulayıb ki, mer seçki ilə seçilsəydi, onun ağlına belə bir şey demək gəlməzdi: “Çünki onu mütləq bütün mediada biabır edəcəkdilər və növbəti dəfə də seçilməyəcəkdi. Amma Hacıbala müəllim jurnalistlərdən və ya ictimai rəydən asılı deyil. Ürəyi nə istəyir onu da söyləyə bilir”.

 

 

Jurnalist məsələnin bu həddə çatmasında həmkarlarını da qınayıb: “Bizim jurnalist camiəsi özü-özünə hörmət qoysaydı, Hacıbala müəllim yenə də ağzına belə bir söz alıb deməzdi.

 

Jurnalistlərin tənqidindən çəkinərdi. Medianın böyük bir qismi məmurlar tərəfindən maliyyələşdirilir. Ona görə də Hacıbala müəllim rahat danışır”.

 

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, məsələyə iki kontekstdən yanaşmaq lazımdır:

 

“Jurnalistin işi yazmaqdır. Ümumiyyətlə, jurnalistlərin işi problemlərdən yazıb, onları qabartmaqdır. Jurnalistlər bu problemləri qaldırmalı, onların mövcudluğunu üzə çıxartmalıdır ki, problemlərin aradan qaldırılması üçün tədbirlər görülsün. Jurnalistlərdən başqa funksiya tələb eləmək olmaz.

Jurnalistikanın vəzifələri, jurnalistlərin görməli olduğu işlər barədə Hacıbala müəllim özü də məlumatlıdır. Təbii ki, onun bu sözünü zarafat, ya da yumoristik yanaşma kimi qəbul eləmək olar. Hacıbala müəllimin karyerası dövründə bu cür situasiyalar tez-tez ortalığa çıxır. Əlbəttə ki, dövlət rəsmisi olduğu üçün onun sözləri çox vaxt ciddiyə alınır. Hacıbala müəllim həm də zarafatı xoşlayan bir insandır. O baxımdan hesab edirəm ki, məsələnin qabardılmasına və üstünə gedilməsinə ehtiyac yoxdur. Gəlin bunu bunu bir zarafat kimi qəbul edək”.\bakipost.az\

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə