Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş nazirin “İsmayıllı tövbəsi”…. – Villa və obyektlərini satıb
Keçmiş nazirin “İsmayıllı tövbəsi”…. – Villa və obyektlərini satıb
19 Yanvar 2017 / 15:19 / Baxış sayı: 1596
Font1 Font2 Font3 Font4

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov İsmayıllıdakı mülklərinin və obyektlərinin demək olar, hamısını satıb. Bu barədə Qaynarionfo.Az-ın əməkdaşına rayondakı mənbələrdən deyiblər. 

Xatırladaq ki, İsmayıllı rayonu nazir olduğu vaxt məhz F.Ələkbərovun kurasiyasında olub. Elə rayona da uzun müddət onun qardaşı Nizami Ələkbərov rəhbərlik edib. Bu isə onlarta İsmayıllı rayonunda iri torpaq sahələrini ələ keçirmək, çoxsayda mülk, ticarət və iaşə obyekti sahibi olmaq imkanı qazandırıb.

Qaynaqlarımızın deməsinə görə, nazirin oğlunun və qardaşıoğlunun özbaşınalığı nəticəsində başlayan və böyüyən məlum İsmayıllı hadisələrindən sonra Ələkbərovların ayağı rayondan tədricən kəsilib. Xüsusilə sabiq nazir 2011-ci ildəki bu olaydan sonra 2-3 il ərzində Ismayillıdaki əksər mülk və obyektlərini satıb, ya da satmağa məcbur edilib.

Onun hazırda İsmayıllıda ən qiymətli mülkü Vələsin yaylağı adlanan yerdəki nəhəng imarətidir. Nazir olduğu illərdə F.Ələkbərov ildə bir neçə dəfə gəlib burda qalar, hətta ova çıxarmış. Amma son illərdə keçmiş nazirin bu imarətini də “yaddan çıxardığı” deyilir. Söylənilənlərə görə, F.Ələkbərov axırıncı dəfə bu mülkünə 3-4 il əvvəl baş çəkib. Onda da yay aylarında. Və demək olar, imarətindən kənara çıxmayıb.

Füzuli Ələkbərovun Məmmədağlı kəndində xaricdən gətizdirdiyi xarici cins heyvanların bəsləndiyi ferması da varmış. İddialara görə, keçmiş nazir bu fermanın inşası səbəbilə hətta yaxınlıqda yaşayan sakinləri bir az uzağa da köçürməli olubmuş. Həmin fermanın da artıq “tarixə köçdüyü” deyilir.

Ələkbərovların rayondakı ticarət və iaşə obyektlərinin isə ümumiyyətlə, “əl dəyişdirdiyi” vurğulanır. Bu sırada kərpic zavodunun, bir neçə restoran və istirahət mərkəzinin olduğu da gələn məlumatlar arasındadır.

Ümumiyyətlə isə F.Ələkbərovun hazırda Azərbaycanda çox az olduğu, əsasən ölkədən kənardakı biznesi ilə ilgiləndiyi bildirilir.

Sonuncu dəfə sabiq nazir Bakıda bahalı xarici avtomobillərin (BMW, Roll-Roys və s.) satışına girişib, hətta dəyəri yarım milyon manat və daha yüksək olan “inomarka”ların satıldığı avtosalon da açıb. Amma, məlumata görə, iqtisadi böhran, xüsusilə devalvasiya F.Ələkbərovun ölkədəki biznesini yenidən dirçəltmək cəhdlərini iflasa uğradıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə