Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vitse-admiral Şahin Sultanovun məhkəməsinin vaxtı dəyişdirildi
Vitse-admiral Şahin Sultanovun məhkəməsinin vaxtı dəyişdirildi
19 Yanvar 2017 / 16:20 / Baxış sayı: 1170
Font1 Font2 Font3 Font4

Bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesinin vaxtı dəyişdirilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Trend-ə Ş.Sultanovun vəkili Telman Abdiyev məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesi yanvarın 27-ə təyin edilib.

Qeyd edək ki, bu prosesdə Ş.Sultanov son söz deməli idi. Ötən məhkəmə prosesində dövlət ittihamçısı Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə