Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Musiqili Teatrın kollektivi Şəhriyarın məqbərəsini ziyarət etdi
Musiqili Teatrın kollektivi Şəhriyarın məqbərəsini ziyarət etdi
19 Yanvar 2017 / 16:17 / Baxış sayı: 762
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Tamaşanın nümayişindən öncə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi və Azərbaycan nümayəndə heyətinin üzvləri böyük şair, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən “Azərbaycan Muzeyi”ni ziyarət ediblər. Daha sonra “Ər və arvad” tamaşası festival iştirakçılarına və Təbrizli tamaşaçılara təqdim edilib. Böyük maraq və rəğbətlə qarşılanan tamaşanın nümayişi anşlaqa səbəb olub və təbrizlilərin xahişi ilə ikinci dəfə nümayiş olunub. Dövlət Musiqili Teatrının üç üzvü festivalın mükafatını qazanıb. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar.

Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Təbrizdə iki dəfə uğurla nümayiş etdirilən tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

arxiv.bizimxeber.az

sheriyarin meqberesi (Copy)

tebriz azerbaycan muzeyi (Copy)

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə