Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı Sosial-Pedaqoji Kollecində rüşvət qalmaqalı
Bakı Sosial-Pedaqoji Kollecində rüşvət qalmaqalı
19 Yanvar 2017 / 19:36 / Baxış sayı: 764
Font1 Font2 Font3 Font4

Bakı Sosial-Pedaqoji Kollecində qış smestri üçün tələbələrdən pul yığıldığı barədə məlumat vermişdik

AzToday.az-a daxil olan şikayətlər əsasında hazırladığımız yazıda qeyd etmişdik ki, kollecin Təsviri-İncəsənət fakultəsində tələbələrin dərsə davamiyyəti çox aşağıdir və bu vəziyyətdən kollec rəhbərliyi şəxsi məqsədləri üçün yararlanmaqdadır.
Belə ki, hər tələbədən qış smestrini “yola vermək” üçün 400 manat civarında pul tələb olunur. Tələbələrin sözlərinə görə,  kollecdə imtahanlara hazırlaşıb-hazırlaşmamağının heç bir əhəmiyyəti yoxdur.
Şikayətlərdə Bakı Sosial-Pedaqoji Kollecinin şöbə müdiri Xəyalə Əhmədovanın adı qırmızı xətlə keçir. Təsviri-İncəsənət fakultəsində oxuyan və adlarının hələlik media çəkilməsini tələbələrin sözlərinə görə, smestr üçün, daha konkret 9 imtahanın hər biri üçün 40 manat pul veriblər.
Tələbələr ümid edirlər ki, şikayətləri mediada işıqlandırıldıqdan sonra Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanov lazımi tədbirlər görəcək. Tələbələrin şikayətlərini araşdırmaq üçün Bakı Sosial-Pedaqoji Kollecinin şöbə müdiri Xəyalə Əhmədova ilə əlaqə saxladıq. Xəyalə Əhmədova məsələyə münasibət bildirmək əvəzinə onun barəsində məqalə gedəcəyi halda AzToday.az-ı məhkəməyə verəcəyini dedi. Və israrla əməkdaşımızdan şikayət edən tələbələrin adlarını öyrənmək istədi…
Bakı Sosial-Pedaqoji Kollecində yaşanan xoşəgəlməz vəziyyətlə bağlı direktor Vaqif Əmiraslanovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə