Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp bu gün ilk fərmanlarını imzalayacaq
Tramp bu gün ilk fərmanlarını imzalayacaq
20 Yanvar 2017 / 10:58 / Baxış sayı: 612
Font1 Font2 Font3 Font4

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp inauqurasiya günü bir neçə fərman imzalamaq niyyətindədir.

“Reuters” xəbər verir ki, Tramp səlahiyyətlərindən istifadə edərək Meksika ilə sərhəddə səddin inşa edilməsi və immiqrasiyanın məhdudlaşdırılması istiqamətində ilk addımlar atmaq niyyətindədir. Bundan başqa, o, Barak Obamanın qəbul etdiyi bəzi fərmanları ləğv etmək niyyətindədir.

Tramp həmçinin seçki kampaniyası və seçildikdən sonra sərt tənqid atəşinə tutduğu Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil qərargahına baş çəkməyi planlaşdırır.

Məlumata görə, Trampın imzalaması üçün 200-dək müxtəlif fərman hazırlanıb, yeni prezident inauqurasiya günü onlardan bir neçə əhəmiyyətlisini seçib imzalayacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə