Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“20 Yanvar” stansiyasında şəhidlərin xatirəsi yad edildi
“20 Yanvar” stansiyasında  şəhidlərin xatirəsi yad edildi
20 Yanvar 2017 / 11:07 / Baxış sayı: 636
Font1 Font2 Font3 Font4

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin 27-ci il dönümü Bakı Metropolitenində qeyd edilir.

arxiv.bizimxeber.az xəbər verir ki, Bakı Metropolitenin bütün stansiyalarında, xüsusən də “20 Yanvar” stansiyasında qanlı yanvar faciəsi zamanı həlak olan şəhidlərin xatirəsi yad edilir.

“20 Yanvar” stansiyasında güllərlə bəzədilmiş ekspozisiya düzəldilib. Eyni zamanda “20 Yanvar” daxil olmaqla metropolitenin bütün stansiyaları bu ildə qara lentli qərənfillərlə bəzədilib. Həmçinin stansiyalarda 20 Yanvarla bağlı matəm musiqiləri səsləndirilir.

Xatırladaq ki, Bu gün metroda bütün qatarlar saat 12:00-da dayandırılaraq eyni anda fit verəcək.
Sonda isə 20 Yanvar şəhidlərinin xatirəsi sərnişinlərlə birgə bir dəqiqəlik sükutla yad ediləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə