Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ yeni tarix yazır – Bu gün Donald Tramp and içəcək – Məşhurlar gəlməyəcək
ABŞ yeni tarix yazır – Bu gün Donald Tramp and içəcək – Məşhurlar gəlməyəcək
20 Yanvar 2017 / 12:35 / Baxış sayı: 1500
Font1 Font2 Font3 Font4

Bu gün ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın inaqurasiya mərasimi keçiriləcək. 

arxiv.bizimxeber.az xəbər verir ki, Tramp həyat yoldaşı Maleniya ilə birgə inaqurasiya mərasimində iştirak etmək üçün yaşadıqları Nyu-York şəhərindən paytaxt Vaşinqtona gəliblər.
İnaqurasiya mərasimi yerli vaxtla 09:30-da (Bakı vaxtı ilə 17:30-da) Vaşinqtonda başlayacaq.
Tramp Bakı vaxtı ilə saat 21:00-da and içərək ABŞ prezidenti səlahiyyətlərini icra etməyə start verəcək.
Donald Trampın andiçmə mərasiminə təxminən 200 milyon dollar xərclənəcəyi açıqlanıb.
Mərasimdə sabiq 4 prezident – Cimmi Karter, 42-ci prezident Bill Klinton, eləcə də oğul Corc Buş və Barak Obama iştirak edəcək. Həmçinin Trampın Demokratlar Partiyasından olan rəqibi Hillari Klinton da mərasimə qatılacaq.
Mərasimdə iştirak etmək üçün Elton Con və Selin Dion kimi bir çox tanınmış musiqiçi dəvət olunsa da, onlar bundan imtina ediblər.
Mərasim üçün Vaşinqtona milyona yaxın insanın gələcəyini nəzərə alaraq paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, andiçmə mərasimi ilə əlaqədar bu gün Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, metro və avtobusların hərəkəti dayandırılacaq.
 Bizimxebe.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə