Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD Palmiranı yerlə-yeksan etdi
İŞİD Palmiranı yerlə-yeksan etdi
20 Yanvar 2017 / 14:34 / Baxış sayı: 900
Font1 Font2 Font3 Font4

Tarixi abidələri ilə məhur şəhər xarabalığa çevrilib

Suriya dövlət televiziyası  İŞİD-in antik şəhər Palmiranı dağıtması ilə bağlı məlumat yayıb. İstiPress-in “Milliyet”ə istinadən verdiyi xəbərə görə, məlumatda İŞİD-in tarixi şəhərdəki “Roma teatrı” və sütunları məhv etdiyi qeyd edilib.

2016-nın dekabrında təkrar ələ keçirdiyi Palmiradakı “Roma teatrı”nda İŞİD terrorçuları dünən insanları toplu halında güllələyərək qətlə yetiriblər.

Suriya müharibəsindən öncə Palmira, ölkənin ən vacib turist şəhərlərindən biri olub. Hər il minlərlə turist bu qədim şəhəri görmək üçün Suriyaya səfər edirdi. “Çölün gəlini” adı ilə də tanınan Palmiranın tarixi eramızdan əvvəl 19-cu yüzilliyə gedib çıxır. Yunan və Roma tarixi məlumatlarında hələ eramızdan əvvəl birinci yüzillikdən mövcud olduğu qeyd edilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə