Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya parlamenti “Türk axını” anlaşmasını ratifikasiya etdi
Rusiya parlamenti “Türk axını” anlaşmasını ratifikasiya etdi
20 Yanvar 2017 / 17:04 / Baxış sayı: 908
Font1 Font2 Font3 Font4

Rusiya Dövlət Duması iki xətdən ibarət olan “Türk axını” qaz boru kəmərinin inşası layihəsi ilə bağlı anlaşmanı ratifikasiya edib.

“Report”un verdiyi xəbərə görə, qaz xəttinin inşası 2019-cu ildən etibarən Türkiyə və oradan da Avropa İttifaqı (Aİ) ölkələrinə qazın təhlükəsiz və tranzit riski olmadan nəql edilməsinə imkan yaradacaq. Qaz kəmərinin ilk xətti ixrac rüsumları şəklində Rusiya büdcəsinə ildə 750 mln. ABŞ dolları həcmində vəsait qazandıracaq. Əgər ikinci xətt inşa edilərsə, o zaman, Rusiya büdcəsi bundan 2 dəfə çox gəlir əldə edəcək.

Sənədin imzalanmasına əlavələr bölümündə qeyd olunub ki, boru kəmərinin inşası ilə məşğul olan şirkətlər layihənin reallaşdırılması üçün əldə olunan aktivlərə vergi ödəməyəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə