Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İdman Sağlamlıq Mərkəzi rəsmən bağlandı – 80 il sonra
İdman Sağlamlıq Mərkəzi rəsmən bağlandı – 80 il sonra
20 Yanvar 2017 / 17:20 / Baxış sayı: 1006
Font1 Font2 Font3 Font4

80 illik tarixi, 2 minə yaxın idmançısı olan “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi (İSM) bağlanıb.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə “Lokomotiv” İSM-də sərbəst güləş üzrə komandanın baş məşqçisi, idman hakimi, idman ustası, əməkdar məşqçi Ramin Allahverdiyev deyib.

Həm də olimpsport.az saytının təsisçisi və baş redaktoru olan Ramin Təyyaroğlu bildirib ki, “Lokomotiv” bağlanmamışdan əvvəl Almaniya və Türkiyədən beynəlxalq yarışlara dəvət alıblarmış.

Qeyd edək ki, “Lokomotiv” İSM-in bağlanması xəbərini dünən ilk olaraq saytımız yazıb. Mərkəzin sədri Elşən İsmayılov bunu oktyabrda Nazirlər Kabinetinin bu qurumun Nizami, Nərimanov və Binəqədi rayonlarında yerləşən əmlakının özəlləşdirilməsinə dair Sərəncamının olması ilə əlaqələndirib. Buna qədər “Lokomotiv” İSM “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə