Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATƏT sədri cavabı ilə erməniləri məyus etdi – YENİLƏNİB
ATƏT sədri cavabı ilə erməniləri məyus etdi – YENİLƏNİB
20 Yanvar 2017 / 18:00 / Baxış sayı: 1086
Font1 Font2 Font3 Font4

Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Yerevanın “Mediamax” agentliyinə müsahibəsində erməniləri məyus edib.

Bizimxber.az-ın virtualaz.org-a istinadən məlumatına görə, erməni jurnalistləri Sebastyan Kurtsa danışıq prosesində “DQR”in iştirakı ilə bağlı sual veriblər: “Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?”

ATƏT-in qüvvədə olan sədrinin cavabı birmənalı olub: “Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar”.

ATƏT sədri onu da əlavə edib ki, Minsk Qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geriyə addımlarla yadda qaldı. Bununla belə, qurum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.

———-

15:30

“ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq”.

arxiv.bizimxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Onun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geri addımlarla yadda qaldı.

Nazir bütün bunlara baxmayaraq, Avstriyanın ATƏT sədri olaraq sülh prosesinin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə