Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə ‘Qanlı Yanvar’ faciəsinin ildönümü keçirildi
Gəncədə ‘Qanlı Yanvar’ faciəsinin ildönümü keçirildi
20 Yanvar 2017 / 20:02 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az satına daxil olan məlumata görə, ‘Qanlı Yanvar’ faciəsinin 27-ci ildönümü ilə əlaqədar Gəncədə şəhidlərin əziz xatirəsi yad edilib

Öncə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsi yad olunduqdan sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Şah Abbas Cümə məscidinin axundu Hacı Röya tərəfindən şəhidlərin ruhuna dualar oxunub. Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev çıxış edərək 27 il bundan öncə törədilən “20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib. Elmar Vəliyev qeyd edib ki, “20 Yanvar” hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır. İcra başçısı qeyd edib ki, 27 il əvvəl Bakıda törədilən qətliam Gəncədən də yan keçməyib. Yanvarın 19-dan 20-nə keçən gecə Gəncə 1 şəhid verib. Gəncənin “20 Yanvar” şəhidi Valeri Boqdanovdur. Hadisə nəticəsində 1 nəfər şəhər sakini isə yaralanıb. Hər il olduğu kimi, yanvarın 20-də gəncəlilər şəhidlər xiyabanına axışaraq Azərbaycanın azadlıq carçılarının xatirəsini anır. Bildirib ki, “Şəhidlər Xiyabanı”nda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda canlarından keçən 371 şəhidin məzarı var. Onlardan 49 u naməlum, 1-i isə şəhid qadının məzaridir. Şəhid anası Minayə Piriyeva, şəhid xanımı Gülsum Mustafayeva, II qrup Qarabağ əlili Qadir Zeynalov çıxışlarında o “Qanlı Yanvar” gecəsi baş verən hadisələri ürək ağrısı ilə xatırlayıblar. Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiklərini bildiriblər. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan minnətdarlıqla danışıblar. Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən “Qan Yaddaşı” adlı tamaşa təqdim olunub. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

arxiv.bizimxeber.az

gence (1) gence (2) gence (3) gence (4) gence (5)



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə