Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AZAL qalmaqalı böyüyür: Gəncənin deputatları Prezidentə müraciət edəcəklər
AZAL qalmaqalı böyüyür: Gəncənin deputatları Prezidentə müraciət edəcəklər
21 Yanvar 2017 / 12:18 / Baxış sayı: 1178
Font1 Font2 Font3 Font4

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyatə reyslərinin ləğv edildiyini açıqlayıb. Mili Məclisin Gəncədən seçilən deputatı Musa Quliyev reyslərin ləğv edilməsinə  kəskin reaksiya verib.

Deputat qeyd edib ki, məsələ ilə bağlı Gəncədən seçilən həmkarları ilə müzakirə aparıblar və həm onların, həm də ümumən Qərb bölgəsindən olan deputatların adından danışır. O, Gəncəyə reyslərin ləğv edilməsini AZAL-ın yarıtmaz, monopolist fəaliyyətinin nəticəsi kimi qiymətləndirib:

“AZAL monopolist kimi çıxış edir”

“Çox təəssüflə qeyd etməliyəm ki, Gəncə-Bakı reysi bu ilin əvvəlindən öz fəaliyyətini dayandırdı. AZAL rəhbərliyi reysin ləğvini iqtisadi cəhətdən səmərəli olmamaqla izah edir. Hesab edirəm ki, bu, doğru addım deyil. Burada iqtisadi səmərə güdmək məsələsi də ön plana çıxmalı deyil. Əslində, bunu AZAL-ın öz işini keyfiyyətli və optimal qurmaması ilə izah etmək olar. AZAL Azərbaycanda hava vasitəsilə sərnişin daşıyıcılığının monopolisti kimi çıxış edir və çox geniş imkanlara malikdir. AZAL dünyanın müxtəlif ölkələrinə uçuşlar təşkil edir. Ən azından bu uçuşların hesabına daxili uçuşları tənzimləyə bilər.

Bu həm də çox ciddi ictimai, siyasi əhəmiyyətə malik məsələdir. 15 günə yaxındır ki, Gəncədən Bakıya təyyarə reysləri ləğv olunub. Bizə yüzlərlə müraciət daxil olub. Təkcə Gəncədən yox, bütün Gəncəbasar zonasından, Tovuz, Qazax, Şəmkir və Gədəbəydən olan insanlar müraciət edərək, reyslərin ləğv olunmasına etirazlarını bildirilər. Nəzərə almaq lazımdır ki, hazırda parlament məzuniyyətdədir. Məzuniyyət bitdikdən sonra çox güman ki, bu şikayətlərin sayı da artacaq.

Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Gəncə yalnız Azərbaycan daxili üçün deyil, beynəlxalq əhəmiyyətli şəhərdir. Tuzirm üçün də Gəncə xaricilərin xüsusi diqqətini cəlb edir.

Ötən il Gəncə “Avropa Gənclər paytaxtı” oldu. Bu il isə “MDB ölkələrinin paytaxtı” elan edilib. Bu isə o deməkdir ki, hər gün Gəncəyə xarici qonaqlar gedəcək. Bundan başqa, Gəncə həm də sənaye şəhəridir.

AZAL rəhbərinin açıqlamasından belə çıxır ki, bundan sonra beynəlxlaq tədbirlərə qatılmaq, turist kimi Bakıdan Gəncəyə getmək üçün təyyarədən istifadə etmək mümkün olmayacaq. Hesab edirəm ki, bu, AZAl-ın Azərbaycanın beynəlxalq imicinə vurduğu böyük zərbədir”.

“Ölkədaxili uçuşlar yox səviyyəsindədir”

Musa Quliyev Azərbaycanın ikinci şəhəri və mühüm paytaxtlarından olan Gəncənin hava nəqliyyatını qısa müddətdə bərpa edilməsini istəyir və bu təklifin Gəncədən olan deputatlara məxsus olduğunu bildirib:

“Hələ sovet dönəmindən bu yana Bakı ilə Gəncə arasında təyyarə əlaqəsi olub. 2006-cı ildə Gəncə aeraportu beynəlxalq aeraport statusunu aldı və Prezident İlham Əliyev açılışda iştirak etdi.

Ölkə başçısı açılışda çıxışı zamanı bəyan etdi ki, bundan sonra Gəncədən dünya ölkələrinə təyyarə uçacaq. AZAL-ın prezidenti Cahangir Əsgərov da həmin tədbirdə iştirak edirdi.

Eyni zamanda, Gəncənin dünyanın milyonluq şəhərlər sırasında olması da ölkə rəhbərliyinin prioritetlırindəndir. Ölkənin starteji bölgəsilə paytaxtı birləşdirən hava nəqliyyatının ləğv olunmasını mən heç cür anlaya bilmirəm. Bütün Qərb zonası sürətlə inkişaf edir. Naftalan şəhəri beynəlxalq əhəmiyyətli kurort şəhəridir və bura gələn turistlərin çoxu da Gəncə aeroportundan istifadə edirdi.

Biz ötən il hökumətin hesabatında Gəncəni təmsil edən deputatlar olaraq, buradan Bakıya uçan təyyarələrin qrafikə salınması üçün Baş nazirdən xahiş etdik. Çox böyük minnətdarlıq hissi ilə demək istəyirəm ki, Baş nazirə müraciətimizdən sonra məsələ həllini tapdı. Gəncə-Bakı reysi normal qrafiklə işləməyə başlamışdı. Amma çox təəssüf ki, reys bu ilin əvvəlindən qəfildən dayandırıldı. Dayandırılmanın səbəbini isə dolların məzənnəsinin qalxması ilə əlaqələndirdilər. Amma əslində, elə Gəncə-Bakı reysinin də biletləri ucuz deyildi.

Mən hesab edirəm ki, AZAL-ın bu qərarı doğru addım deyil. Biz düşünürdük ki, xahiş edək bu ildən Gəncəyə gün ərzində iki reys işləsin. Naxçıvan istisna olmaqla, ölkə daxilində heç bir reys işləmir. Halbuki, Zaqatalada, Lənkəranda, Qəbələdə beynəlxalq aeroportlarımız var”.

“AZAL rəhbərliyi parlamentə gəlməlidir”

M.Quliyev məsələni Milli Məclisdə qaldıracağını deyib: “Milli Məclisin plenar iclası başlayanda hökumət rəhbərliyinə, cənab Prezidentə də bu haqda müraciətlərimizi çatdıracağıq. Amma düşünürəm ki, AZAL rəhbərliyi qısa müddətdə çıxış yolu tapmalıdır. Mən hesab edirəm ki, hökumətin növbəti hesabatında AZAL rəhbərliyi də parlamentə dəvət olunmalıdır. Çünki AZAL-la bağlı ictimaiyyəti narahat edən suallar var”.

M.Quliyev bildirib ki, bu, ölkənin imici üçün də çox vacibdir. “Çünki ölkənin daxili reysi demək olar ki, yoxdur. Qısa müddət ərzində dolların bahalaşması, neftin qiymətlərinin ucuzlaşması ilə bağlı bütün əldə etdiyimiz nailiyyətlərin üstündən xətt çəkə bilmərik. AZAL rəhbərliyinin yüzlərlə imkanı və yolları var ki, itkiləri kompensasiya etsin. Həm də onların diferensiallaşmış qiymət siyasətindən istifadə etdiyini nəzərə alsaq, böyük itkilərdən söhbət də getmir. Gediş haqqının 30-50 manat arası olması az pul deyil. İstanbulla-Ankara arasındankı məsafə Bakı ilə Gəncə arasındakı məsafədən çox olsa da, bizdə qiymətlər onlardan heç də ucuz deyil. AZAL il ərzində beynəlxalq daşımalarda 1,5 milyon insana xidmət edir. Hesab edirəm ki, AZAL ən azı uzaq reyslərin qiymətini 50 sent qaldırmala Gəncə-Bakı reysinin itkisiz tənzimləyə bilər. İqtisadi cəhətdən səmərəli işləmək isə şirkətin öz məsələsidir”.

M.Quliyev sonda bir daha vurğulayıb ki, AZAL yaxın vaxtlarda problemi həll etməsə, Gəncədən seçilən deputatlar Hökumətə və Prezidentə müraciət edəcəklər.

arxiv.bizimxeber.az

gence_aereoport musa_quliyev1111



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə