Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

34 yaşlı qadın 36 tonluq tramvayı çəkdi (VİDEO, FOTO)
34 yaşlı qadın 36 tonluq tramvayı çəkdi (VİDEO, FOTO)
21 Yanvar 2017 / 23:21 / Baxış sayı: 1262
Font1 Font2 Font3 Font4

Qadın -20 dərəcə şaxtada içi dolu tramvayı tərpədib

Rusiyada qadın öz gücü ilə hamını heyran edə bilib. İstiPress-in “Komsomoskaya Pravda”ya istinadla verdiyi məlumata görə, Sibir üçün -20 dərəcə temperatur adi haldır. Onlar bu havada adi həyatlarına asanlıqla davam edirlər. Bəziləri isə adi həyatda heç bir insanın görmədiklərini də edir.

Məsələn, Oksana Koşelyova. Qadın qar içində ümumi çəkisi 36 ton olan olan iki tramvay qatarını içindəki sərnişinlərlə birlikdə yerindən tərpədib. Qadın qatarları 5 metrə kimi irəli çəkib.

34 yaşlı Oksana peşəkar idmançıdır. O, pauerliftinqlə məşğul olur.

Bu onun qatara dartması ilə bağlı ikinci rekordudur. Bundan öncə o 17,5 tonluq bir vaqonu yerindən tərpədə bilmişdi. Bundan əlavə, Oksana 10 tonluq “Kamaz” markalı maşını tək, 64 tonluq “Kalmar Global”ı başqa bir qadın idmançı ilə dartıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə