Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Uşağı qarışıq düşən anadan – Şok ittihamlar
Uşağı qarışıq düşən anadan – Şok ittihamlar
21 Yanvar 2017 / 15:44 / Baxış sayı: 2150
Font1 Font2 Font3 Font4

Gəncə Müalicə Diaqnostika Mərkəzində yeni doğulan uşaqların səhv düşməsi ilə bağlı yayılan məlumat geniş müzakirələrə yol açıb.

arxiv.bizimxeber.az xəbər verir ki, bununla bağlı şikayətçi olan ana Dilarə Xəlilova hadisə haqda yeni detalları açıqlayıb. Qadın bildirib ki, sözügedən mərkəzin həkimləri peyvənd və ya uşağı müayinə etmək bəhanəsiylə bir neçə dəfə onun evinə gəliblər. Hətta Dilarə Xəlilova onu da iddia edir ki, digər tərəf olan ana – Lalə Məmmədovanın evindən çıxan qeydiyyat qol bandını da həkimlər gəldikləri gün məhz onun evindən götürüblər:
“Sentyabrın 16-da Gəncə şəhər Mərkəzi Klinikasında qeysəriyyə əməliyyatı ilə normal sağlamlıqda qız övladımı dünyaya gətirdim. 3 gün stasionar nəzarətdə olduqdan sonra evə buraxılışıma icazə verdilər. Klinikadan çıxan zaman mənə peyvənd kartının arasında sənədə tikilmiş halda uşağımın qeydiyyatı yazılmış qol bandını verdilər.
Sentyabrın 27-də klinikanın uşaq həkimi Mina Qocayeva bizə zəng vuraraq Tərtərə çağırışa gəldiklərini, ordan da Bərdəyə uşağı müayinə məqsədli gələcəklərini söylədi. Atam pediatr olduğu üçün buna etiraz etdim və lazım olmadığını söylədim. Buna baxmayaraq israr etdilər və bir az keçdikdən sonra uşaq həkimləri Mina Qocayeva, Aysel Hacıyeva və tibb bacısı bizə gəldilər. Mina Qocayeva məndən qeydiyyat aparacağını söyləyib peyvənd kartımı istədi. Kartın arasından sənədə tikilmiş halda olan qeydiyyat qol bandını götürüb Aysel Hacıyevanın çantasına qoydu və bunun artıq lazım olmadığını söylədi. Qol bandını da götürüb getdilər”.
Xəlilova deyir ki, oktyabrın 3-də uşaq həkimi Mina Qocayeva yenidən ona peyvənd vurdurmaq adıyla zəng vurub:
“Biz yenə etiraz etdik ki, özümüz Bərdədə vurduracağıq, lazım deyil. İsrar etdi ki, biz də doğulan uşaqlar barədə hesabat veririk, mütləq klinikada vurulmalıdı. Sonra təklif etdilər ki, istəyirsinizsə heç ana getməsin aparıb özümüz vurdurub gətirərik. Təbii ki, biz bunla razılaşmadıq. Bir az sonra uşaq həkimi Aysel həkim və tibb bacısı şəxsi maşınla bizə gəldilər. Bacımla mən onlarla getdik. Palataya təzə daxil olmuşdum ki, məndən bir gün qabaq yəni sentyabrın 15-də qeysəriyyə əməliyyatı olan və mənimlə eyni palatada yatan Lalə Məmmədova qucağında uşağı və qayınanasıyla otağa daxil oldu. Lalə öz uşağını kənara qoyub mənim uşağımla maraqlandı və məndən şəklini çəkmək üçün icazə istədi. Peyvənd vurulduqdan sonra bizi üç saat ayrı otaqda gözlətdilər. Nəhayət evə gətirdilər. Noyabrın 2-də axşam tərəfi saat 7-8 aralarında atam işdən evə gəldi. Bizə müayinə məqsədilə klinikadan həkimlərin gələcəyini söylədi. Bir az sonra baş həkim Şamil Bədəlov, uşaq həkimi Aysel Hacıyeva və tibb bacısı bizə gəldilər. Məndən və uşağımdan qan alıb getdilər”.
Ananın sözlərinə görə, əslində məsələnin mahiyyətindən onlar getdikdən sonra xəbəri olub, həkimlər onun icazəsi olmadan anadan və uşaqdan qan analizi götürüblər:
“Guya, mənim övladım Lalə Məmmədovanın övladıyla dəyişik düşüb. Bu dəyişiklik ayın 18-də, yəni Lalə xəstəxanadan çıxan gün düşüb. Mən Şamil həkimə zəng vuraraq etirazımı bildirdim ki, bu, mümkün deyil. Fotogörüntülərlə sübut etdim ki, yanıma gətirilən uşaq mənim evimdədir. Məndən xəbərsiz DNK analizi üçün götürülən analiz göndərilməsin. O, artıq bunun göndərildiyini söylədi”.
“Qafqazinfo” məsələ ilə bağlı mərkəzin baş həkimi Şamil Bədəlovla da əlaqə saxlayıb. O, bu haqda danışmayacağını bildirib və açıqlama almaq üçün xəstəxananın hüquqşünası Ramin adlı şəxslə danışmağı məsləhət bilib.
Xatırladaq ki, Gəncə Müalicə Diaqnostika Mərkəzinin doğuşu həyata keçirən həkimləri – Aysel Hacıyeva və Mina Qocayeva isə Meydan TV-yə deyiblər ki, bu məsələ ilə bağlı işdən çıxarılıblar.
arxiv.bizimxeber.az 


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə