Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriya müxalifətinin nümayəndələri Astanadadır
Suriya müxalifətinin nümayəndələri Astanadadır
22 Yanvar 2017 / 11:23 / Baxış sayı: 814
Font1 Font2 Font3 Font4

Suriya müxalifətinin nümayəndələri danışıqlarda iştirak etmək üçün Astanaya gedib.

Bu barədə RİA Novosti-yə Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.

Onun sözlərinə görə, yaxın saatlarda Suriya hökuməti nümayəndə heyətinin də Astanaya səfəri gözlənilir.

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.(APA)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə