Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qambiyanın sabiq prezidenti ölkəni tərk etdi
Qambiyanın sabiq prezidenti ölkəni tərk etdi
22 Yanvar 2017 / 11:45 / Baxış sayı: 814
Font1 Font2 Font3 Font4

Qambiyanın seçkilərdə məğlubiyyətə uğramış prezidenti Yayya Camme ölkəni tərk edib. Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, eks-prezident tanınma nişanları olmayan təyyarə ilə uçub.

Məlumatda bildirilir ki, 22 ildən çox hakimiyyətdə qalan Camme Banjul şəhərinin hava limanına Qvineya prezidenti Alfa Konde ilə gəlib. Daha sonra onlar bir yerdə təyyarəyə miniblər. Bəzi məlumatlara görə, Camme bir müddət Qvineyanın paytaxtı Konakridə olacaq.

Xatırladaq ki, Camme seçkilərdə məğlubiyyətini etiraf etmir və postundan getmək istəmirdi. Bununla əlaqədar qonşu ölkələr Qambiyaya qoşun yeritməyə hazır olduqlarını bildirirdilər.

Cümə günü gecə Seneqal hərbçiləri Cammeni hakimiyyəti seçilmiş prezident Adam Barrouya təhvil verməyə məcbur etmək üçün əməliyyata başladı. Bu ərəfədə sabiq prezident bəyan etdi ki, hakimiyyətdən könüllü şəkildə getməyi və səlahiyyətlərini yeni prezidentə verməyi qərara alıb .

Yayya Camme 1994-cü ildən prezident idi. O, dekabr ayında keçirilən seçkiləri uduzmuş və nəticələri etibarsız elan etmişdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə