Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhşur Qarabağ döyüşçüsü torpağa tapşırılıb – VİDEO
Məhşur Qarabağ döyüşçüsü torpağa tapşırılıb – VİDEO
22 Yanvar 2017 / 15:10 / Baxış sayı: 1096
Font1 Font2 Font3 Font4

Yaşar Məhərrəmov ürək tutmasından dünyasını dəyişib

Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla savaşan, məşhur döyüşçü Yaşar Məhərrəmov son mənzilə yola salınıb. İstiPress-in xəbərinə görə, onula vida mərasiminə yaxınları, dostları, eləcə də cəbhə yoldaşları- ANS şirkətlər qrupunu prezidenti Vahid Mustafayev və ANSTV-nin baş direktoru Mirşahin Ağayev də gəliblər.

Yaşar Məhərrəmovun cənazəsi dostlarının çiynində daşınıb. Mərhum döyüşçü Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Yaşar Məhərrəmov ötən gün axşam saatlarında dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağrılar başlayıb. Son sözləri isə “deyəsən, mən Şuşanı görməyəcəm!” olub. Və dünyasını dəyişib!

Yaşar Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhumun  3 uşağı var.

Allah rəhmət eləsin!



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə