Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

1 saylı cəzaçəkmə müəssisəsində qiyam?
1 saylı cəzaçəkmə müəssisəsində qiyam?
23 Yanvar 2017 / 11:16 / Baxış sayı: 1598
Font1 Font2 Font3 Font4

“Azadlıq” radiosu adını çəkmək istəməyən məhbus yaxınlarından birinə istinadən bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verib: “Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub”.

Başqa bir məhbus yaxını da radioya deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib: “Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar… Məhbusları döyüblər… Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar”.

Məlumatlara görə, məhbuslar içəridəki bahalıqdan və qidalanmadan narazıdırlar. Belə ki, misal üçün, çöldə 1 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında “perlovı”dan başqa heç nə verilmir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə radioya deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb: “Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə