Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak etdi
İlham Əliyev yeni hərbi şəhərciyin açılışında iştirak etdi
23 Yanvar 2017 / 11:26 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.(Report)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə