Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

QMİ-nin və komitənin halallıq vermədiyi “Hacı Turqay” haqda tükürpədici iddialar – ÖZƏL
QMİ-nin və komitənin halallıq vermədiyi “Hacı Turqay” haqda tükürpədici iddialar – ÖZƏL
23 Yanvar 2017 / 11:37 / Baxış sayı: 1580
Font1 Font2 Font3 Font4

Azərbaycanda halal sosiska və kolbasa varmı? Bu sual həmişə cavabsız qalıb. Səbəb isə hansısa məhsulun halallığına tam zəmanət verilməməsidir

Halal sosiska və kolbasa məsələsində ən həssas davranan zümrə isə təbii ki, dindarlardır. Onlar daha çox məhsulun halal olub-olmamasına diqqət yetirir.

“MT Ltd.” firmasının “Hacı Turqay” nişanlı məhsullarının tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Mütəxəssislərin dediyinə görə, Azərbaycanda natrium nitrit olmadan heç bir kolbasa və sosiska məmulatı istehsal olunmur. Digər müsəlman ölkələrində (məsələn, Türkiyə, İran) isə bu maddədən istifadə olunmadan kolbasa və sosiska istehsal edilir.

Yəni bizim “halal” məhsul istehsal etmək fikrində olan şirkətlərimiz ən azı qonşu ölkələrin təcrübəsindən yararlana bilər. “M&T Ltd.” firmasına məxsus olan kolbasa.az saytı fəaliyyətini bir müddətdir ki, dayandırıb.

Bununla da şirkətin istehsal etdiyi məhsulların tərkibi haqda məlumatı etiketdən almaq mümkün olmadığı kimi əti haradan və hansı şirkətlərdən alması da məlum deyil.

Mediada yayılan məlumata görə, heyvan cəsədləri paytaxtın bəzi şadlıq sarayları ilə bərabər, heç də xırda sayılmayan bir neçə kolbasa sexlərinində xammalına çevrilir.

Bu sırada isə “Səhliyalı” və “Hacı Turqay” kimi tanınmış firmaların da adları hallanır. Maraqlısı budur ki, Qafqaz Müsəlmanlar İdarəsi də sözügedən şirkətin “Hacı Turqay” məhsullarına hallalıq sertifikatı verməyib.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi məlumata görə, Azərbaycandakə kolbasa və sosislərin “halal” istehsalı ilə bağlı bir müddət əvvəl Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun mətbuatda qalmaqallı çıxışı olub.

R.Həsənov qeyd edib k, “kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır. Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik”.

Bir neçə il qabaq “Hacı Turqay” ticarət nişanı altında halal məhsullar istehsal edən “M&T” Ltd firmasının laboratoriya müdiri Azadə Rzayeva hazırlanan məhsullara donuz piyi əvəzinə kərə yağı qatıldığını bildirib.

Onun sözlərinə görə, kərə yağı ilə hazırlanan kolbasa və sosislər donuz piyi ilə hazırlanandan fərqli dada malik olsa da, yalnız halal məhsullardan istifadə edənlər bu fərqi bilmirlər.

Onun sözlərinə görə, şirkətin halallıq sertifikatı halal ət kəsimi haqqındadır, burada məhsulun hazırlanması prosesindəki halallıqdan söhbət getmir. Bütün bu iddialar və səslənən fikirlər istehlakçıları çaşqınlıq içərisində saxlayıb.

Hər halda şirkət yaxşı olar ki, mediaya qapılarını açsın, araşdırma aparılsın, mağazalardan aldığımız “Hacı Turqay”ın tərkibinin nədən ibarət olduğu aydınlaşsın, alıcılar da arxayın olsunlar.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə