Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Araz Ağalarov: “Tramp mənə yox deməz”
Araz Ağalarov: “Tramp mənə yox deməz”
23 Yanvar 2017 / 12:20 / Baxış sayı: 1776
Font1 Font2 Font3 Font4

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov ABŞ prezidenti Donald Trampla yaxın münasibətindən danışıb.

İstiPress-in məlumatına görə, Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə müsahibə verən Araz Ağalarov 2013-cü ildə Donald Trampın Moskvaya etdiyi səfərdən danışıb:

“Son illər əlaqə saxlayırdıq. Belə bir yaxın görüş də baş tutdu. Məsələ bunda deyil. Əgər o, məsləhət görsə, onda… Şəxsən mənə heç nə lazım deyil, mən Amerikadan heç nə gözləmirəm və hansısa bir görüşə nail olmaq şəxsən mənə lazım deyil. Əgər o, dəvət edərsə, mən gedərəm. Yoxsa belə… Niyə mən kiminsə zəhləsini tökməliyəm? Bu nəyə lazımdır?”

Araz Ağalarov lazım olarsa Donald Trampla görüşə biləcəyini də bildirib: “O, sözünə bütöv adamdır. Yəni mən ondan görüş istəsəm, mənə elə gəlir ki, o, mənə yox deməz. Amma bu, mənim tərəfimdən doğru olmaz, çünki sadəcə mən onu pis vəziyyətə salmış olaram”.

Emin Ağalarov, Donald Tramp və Araz Ağalarov

Emin Ağalarov, Donald Tramp və Araz Ağalarov

Araz Ağalarov oğlu Eminin “In Another Life” sinqlinə Donald Trampın iştirakı ilə çəkilmiş klipdən də danışıb.  Müsahibəni götürən jurnalist sualında vurğulayıb ki, Emin Rusiyada, bəlkə də, dünyada yeganə müğənnidir ki, onun klipində gələcək ABŞ prezidenti çəkilib. Lakin Araz Ağalarov bu məsələni elə də qabartmadıqlarını bildirib: “Emin bu klipi heç yerdə nümayiş etdirmir. Ona hardasa internetdə baxırlar. Mən özüm də onu xüsusi olaraq gözə soxmuram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə