Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın gözlədiyi görüşdən əvvəl gözlənilməz qərar
Dünyanın gözlədiyi görüşdən əvvəl gözlənilməz qərar
23 Yanvar 2017 / 12:31 / Baxış sayı: 1346
Font1 Font2 Font3 Font4

Suriyalı müxaliflər son anda Astana görüşü ilə bağlı fikirlərini dəyişdilər

Türkiyə, Rusiya və İranın təşəbbüsü ilə Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya üzrə sülh danışıqlarının başlamasına dəqiqələr qalmış Suriya müxalifəti gözlənilməz qərar verib.

İstiPress-in məlumatına görə, AFP-nin yaydığı xəbərdə bildirilir ki, suriyalı müxaliflər ilk görüşdə Bəşər Əsəd rejiminin Astanaya göndərdiyi heyətlə üz-üzə masa arxasında oturmağı rədd edib.

Danışıqlarda iştirak edəcək müxalif heyətin sözçüsü Yəhya əl-Aridi bu barədə  açıqlama verib.

Xatırladaq ki, dünyanın gözlədiyi görüşdə iştirak etmək üçün İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Astanaya gedib.

ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Qazaxıstan vaxtı ilə saat 13:00 –da başlayacaq toplantının bir sutka – 24 saat çəkəcəyi gözlənilir. Dünyanın ən böyük dövlətləri minlərlə insanın öldürüldüyü Suriyada atəşkəsin qalıcı olması və siyasi keçid dönəmi üçün addımlar atılmasını müzakirə edəcəklər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə