Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yağmursuz hava, 9 dərəcə isti
Yağmursuz hava, 9 dərəcə isti
23 Yanvar 2017 / 12:43 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə