Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polislər səhv evə basqın etdi – Oğlunun cinayətkar olduğunu eşidən ana öldü
Polislər səhv evə basqın etdi – Oğlunun cinayətkar olduğunu eşidən ana öldü
23 Yanvar 2017 / 14:17 / Baxış sayı: 1224
Font1 Font2 Font3 Font4
Antalyada polislərin səhvi bədbəxt hadisə ilə nəticələnib.
BakiPost.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 12:30-da baş verib. Belə ki, Antalya Polis Şöbəsinin Cinayət axtarış idarəsinin 2 əməkdaşı haqqında cinayət işi açılan şəxsi saxlamaq məqsədilə bir evə basqın edib.

Onlar Həmidə Yücəl adlı qadının evinə girib. İddialara görə, polis əməkdaşlarından biri evinin qarşısında dostları ilə birlikdə outran Əli Yüceli saxlamaq üçün silah çıxarıb. Səsə çölə çıxan Həmidə Yücəl oğlunun cinayət işi üzrə saxlanıldığını eşidəndə halı dəyişib və yerə yıxılıb.

Digər polis əməkdaşı təcili yardıma zəng etdiyi vaxt, həmkarı əlindəki sənədlərə baxarkən axtardıqları şəxsin Əli Yücel olmadığın görüb.

Anasının ürəyində problem olduğunu bildirən Ə. Yücel təcili yardım gələnə kimi ona ürək masajı edib. Lakin onun həyatını xilas edə bilməyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə