Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qafqaz”la bağlı yeni əmr verildi
“Qafqaz”la bağlı yeni əmr verildi
23 Yanvar 2017 / 16:01 / Baxış sayı: 1478
Font1 Font2 Font3 Font4

Təhsil naziri Mikayıl Cabbarov Qafqaz Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.

arxiv.bizimxeber.az azvision.az-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.

İşçi qrupuna Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev rəhbərlik edir. İşçi qrupunun üzvləri Həmzağa Orucov – Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru; Yaşar Ömərov – Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi; Günay Ələkbərova – Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi; Rasim Hüseynov – Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri; Nazim Abbasov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri; Bəxtiyar Namazov – Azərbaycan Texniki Universitetinin dosentidir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə