Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Diktator bütün vətəndaşları izləmək istədi və…Kumar ona 1.5 milyon  “atdı”
Diktator bütün vətəndaşları izləmək istədi və…Kumar ona 1.5 milyon  “atdı”
23 Yanvar 2017 / 16:45 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4

Mavritaniya diktatoru ölkənin bütün vətəndaşlarını onların mobil telefonlarına casus proqram yüklətmək yolu ilə izləmək istəyib və bu məqsədlə İtaliya şirkətindən gizli yollarla casus proqram əldə etməyə çalışıb. Lakin italyanlar ona “atıblar” və 1.5 milyon dollar pulunu alıb aradan çıxıblar. Əvəzində bu işə dəxli olmayan başqa İtaliya vətəndaşı Mavritaniyada girov götürülüb.Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda lenta.ru yazır. Həmin məqalədə deyilir:

…2015-ci ilin avqustunda İtaliyanın “Vigilar” mühafizə şirkətinin əməkdaşı Kristian Provissionato çoxdan həsrətində olduğu məzuniyyətə çıxaraq doğma şəhəri Genuya yaxınlığındakı villada istirahət edirdi. Bu vaxt şirkətin top-meneceri Devid Kastronun telefon zəngi onun istirahətini yarımçıq qoyur. “Şef” deyir ki, Provissionato təcili olaraq Mavritaniyanın paytaxtı Nuakşota uçmalıdır. Və onun vəzifəsi vacib adamı yerli hakimiyyətlə danışıqlarda müşaiyət etmək, hər şeyin yolunda getməsini təmin etməkdir.

İlk baxışdan bu vəzifə Provissionato üçün adi görünürdü. Üstəlik boss ona bir həftəlik məzuniyyət üçün 1500 avro ezamiyyət pulu və işlər yaxşı alınsa 3 min avro mükafat da verirdi. Provissionato tərəddüd etmir, ona qısaca izah edirlər ki, həmin vacib adam “Wolf Intelligence” şirkətində işləyir və Mavritaniya hakimiyyətinə hansısa kibersilah satmaq istəyir.

Nuakşot aeroportunda Provissionatonu yerli məmur qarşılayır və onu şəhərin ətrafında mənzilə yerləşdirir. Məlum olur ki, “Vigilar” şirkətinin daha bir əməkdaşı Leonid Reitano da həmin mənzildə qalır. Həmin gün Provissionatı Mavritaniya hakimiyyətinə kibersilah satmaq istəyən vacib şəxslə-“Wolf Intelligence”in əməkdaşı ilə görüşməli imiş. Lakin həmin şəxs görüşə gəlmir. Ertəsi gün də ondan xəbər çıxmır. Leonid Reitano ona deyir ki, bu şirkətin Əhməd adlı yeganə işçisi Mavritaniyanı iki həftə əvvəl tərk edib. Və Reinato da tələsik Mavritaniyanı tərk edəndə Provissionato başa düşür ki, ortada nəsə müəmma var.

O, təlaş içərisində İtaliyaya, işlədiyi şirkətə və rəhbərliyinə zəng vurur. Ancaq Provissionatonu inandırırlar ki, narahat olmasın. Lakin ertəsi gün onun qaldığı evə gözlənilmədən silahlı adamlar hücum çəkir və italyanı qəddarcasına döyür. “Sən həmin şeyi bizə verirsən, yoxsa heç vaxt evə qayıtmayacaqsan”-silahlıların Hmeyda adlı komandiri ona qışqırır. İtaliyalı isə ancaq gözlərini döyür, onun sifəti qan içində olduğundan heç danışa bilmir, ikincisi isə “həmin şeyin” nədən ibarət olduğu haqda anlayışı belə yox idi.

Bir neçə saat sonra Provissionatonoya icazə verirlər ki, öz bossu Kastro ilə telefon əlaqəsi saxlasın. Lakin bu telefon zəngi də məsələyə aydınlıq gətirmir.Boss ancaq onu deyir ki, hansısa Kumarla danışıb məsələni yoluna qoyacaq. Silahlılar Povissionatonu maşına basıb aparırlar və təkadamlıq kameraya oxşayan yerə salıb qapını bağlayırlar. Yalnız iki gün sonra italiyalı başa düşür ki, yerli xüsusi xidmət orqanlarının bazasında saxlanılır.

Bəs Provissionatonun həmin gizli həbsxanaya salınmasına kim baiskar idi? Məlum olur ki, işin əsli Maniş Kumar adlı hindistanlıdadır. O, Hindistanın Radcasthan ştatında anadan olub, hələ yeniyetməlik dövründən kompüter arxasına keçib və YouTube-dəki roliklərin, habelə kasıblar məhəlləsində yaşayan dostlarının köməyi ilə virus proqramlar yazmağı, serverləri sındırmağı öyrənib.

Bir neçə il ərzində bu iş Kumara stabil gəlir gətirirdi. Lakin gənc hindistanlı həmişə daha çoxuna can atırdı. O, iri şirkətlərin serverlərində həssas nöqtələri axtarıb tapır, buna görə Google və Yahoo kimi nəhənglərdən iri məbləğlərdə qonorarlar alırdı. Sonra o, özünün veb-dizayn studiyasını qurdu və tezliklə “yandı”.

21 yaşında Kumar “Hakerin sirləri” kitabını yazmışdı və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər arasında tanınmışdı. O, yerli universitetdə kurs aparırdı, tələblər arasından özünə işçilər seçirdi. İnternet üzərindən İsrail, İtaliya, Yaxın Şərqdə yeni işgüzar əlaqələr qururdu.

2014-cü ildə isə “Wolf Intelligence” şirkətini qurub. Lakin müştərilər onun şirkətinə sifariş verməyə həvəs göstərmirdilər, bazarın liderlərinə italyan şirkəti “Hacking Team”-ə, Almaniyanın FinFisher şirkətinə və İsrailin NSO Group şirkəti kimi aparıcı şirkətlərə sifariş verirdilər. Bu şirkətlər həm də xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdilər.

Lakin başqa cür müştərilər də var-bunlar casus proqramlarını alıb satanlar kölgə biznesmenləri, Afrika və Mərkəzi Asiyanın avtoritar rejimləri və digərləridir. Hansı ki, iri şirkətlər onlara casus proqramları satıb başlarını ağrıtmaq istəməzdilər.

Belə bir vaxtda dostları “Wolf Intelligence” şirkətinin rəhbərinə dedilər ki, Mavritaniya prezidenti general Muhammed uld Abdel-Əziz özünün gizli polisindən Amerikanın Milli Təhlükəsizlik Agentliyinin bənzərini düzəltmək istəyir. Texnologiyalara xüsusi sevgisi ilə fəxr edən dövlət başçısı Edvard Snoudenin sızdırdığı sirlərdən çox ilhamlanmışdı və qərara almışdı ki, o da Amerika kimi bütün vətəndaşları total şəkildə izləsin.

Onun ideyası heç də abusrd görünmürdü. Mavritaniyanın əhalisi 4 milyon nəfərə yaxındır, onlardan 700 mindən çoxu internetdən istifadə edir. Bundan əlavə 2013-cü ildə Dünya Bankı ölkədə internetin və mobil rabitənin inkişafı üçün Mavritaniyaya qrant ayırıb.

Total izləmə proqramı işləyib hazırlayan İT-şirkətləri Mavritaniya kimi ölkəyə belə proqram satmaqdan imtina edirlər. Kumar başa düşür ki, onun əlinə yaxşı şans düşüb və İT-sərgilərdən birində Abdel-Əzizin müşaviri Əhməd Bah dit Hmeidlə tanış olur. Hansı ki, il yarımdan sonra həmin Hmeidin başçılıq etdiyi dəstə Provissionatonu oğurlayacaqdı.

Kumarı Mavritaniyaya danışıqlara dəvət edirlər. Prezident sarayında keçirilən görüşdə o, Hmeidə danışır ki, yerli xüsusi xidmət orqanlarının ölkədəki bütün mobil telefonları xüsusi göndərilmiş SMS-lə yüklənən proqramın köməyi ilə hamını izləməsinə imkan verən proqramı verməyə hazırdır. Hindistanlı əmin edir ki, telefonların sahiblərinin izlənildiklərindən heç xəbəri də olmayacaq. Smartfon sahiblərini izləmək isə daha asan olacaq, xüsusi proqram onların videogörüntülərini və səsini də qeydə alacaq.

İdeya Mavritaniya prezidentinin müşavirinin xoşuna gəlir. O, həmin proqrama görə 2.5 milyon dollar ödəməyə razılaşır, ancaq bəzi şərtlər irəli sürür. Kumar özünün etibarlı adamı, proqramçı Nafiz Əhmədi Mavritaniyada qoymalıdır. Pullar isə hissə-hissə ödəniləcək. 500 min bəribaşdan, daha bir milyon dollar sistemin işçi versiyasının quraşdırılmasından sonra, yerdə qalanı isə sistem tam işə düşəndə. “Əgər sən gələn dəfə proqramın demo-versiyasını gətirməsən heç vaxt Mavritaniyanı tərk edə bilməyəcəksən”-Hmeida onu xəbərdar edir.

Mavritaniyadan qayıdan Kumar həmin “Vigilar Group” şirkəti ilə mühafizə üçün müqavilə bağlayır, özü isə bütün gücü ilə ona lazım olan texnologiyanı axtarmağa başlayır. Tanışları vasitəsilə İsraildə casus proqramlarının alveri ilə məşğul olan “Dudi” ləqəbli Devid Sternberqi tapır. O, 1 milyon dollara lazım olan sistemi Kumara satmağa razılaşır və dərhal 100 min bəribaşdan ödəmə tələb edir. Şərtə görə sistemi nümayiş etdirən rolik hazır olanda Kumar “Dudi”yə daha 400 min dollar ödəməli idi. Qalan pulu isə bir ay sonra veməliydi.

O tərəfdən isə mavritaniyalılar tələsdirirdi və Kumardan proqramı nümayiş etdirməyi tələb edirdilər. Kumar Afrikaya uçur, Hmeida və şəxsən prezident Abdel Əzizə bir-iki haker tryuku nümayiş etdirir, otaqda oturmuş hansısa məmurun kompüterini sındırır. Bu, riskli addım idi, ancaq işə yarayır və Mavritaniya prezidenti inanır. Kumara imkan verir ki, “Dudi”dən vəd olunan sistemi almaq üçün lazım olan vaxtı uzada bilsin. Beləliklə, vaxt tamam olur, “Dudi” vəd etdiyi sistemi Kumara satır. Kumar hesablayır ki, Mavritaniyalılardan alacağı 2.5 milyon dollardan isə ona cəmi 700 min dollar qalır. Çünki 300 min dollar da onu Mavritaniya hakimiyyətinə calaşdıran Bomiya adlı vasitəçi almışdı. Elə həmin Bomiya xəlvətcə Kumara çatdırır ki, sistem quraşdırılıb işə salınandan sonra mavritaniyalılar qalan 1 milyon dolları ona verməyəcəklər.

Hindistanlı başa düşür ki, belə olsa o, ziyanda qalacaq. Çünki Mavritaniya hakimiyyətindən aldığı 1.5 milyon dolların 1 milyonunu “Dudi”yə, 300 minini vasitəçiyə vermişdi. Və o, mavritaniyalılara atmaq qərarına gəlir, öz proqramçısını tələsik Mavritaniyadan çıxarır. İnandırır ki, onun yerisinə təzəsini göndərəcək. Və həmin adam işə heç bir dəxli olmayan Provissionato olur.

Kumarın hesablaması sadə idi-yəqin mavritaniyalılar avropalını oğurlayıb öldürməyə risk etməzlər, o, İtaliya konsulluğu ilə əlaqə yaradıb ölkədən qaçar. Lakin Kumar bu planını Provissionatonun Mavritaniyada oğurlanmasından iki gün sonra “Vigilar”ın rəhbərinə çatdırır. Həmin vaxt Provissionato ilə əlaqə kəsilmişdi. Yarım il sonra isə onun şirkətlə müqaviləsinin vaxtı bitir və “Vigilar” öz keçmiş əməkdaşının axtarışını dayandırır.

Provissionatonun sevgilisi Alessandra Qullo və onun qardaşı Maurisio bir il boyu İtaliya hakimiyyət orqanlarının qapısını döyür , adamın itkin düşdüyünü deyir və tələb edirlər ki, Mavritaniya hakimiyyətinə rəsmi sorğu göndərilsin. Nəhayət ötən ilin noyabrında İtaliyanın Mərakeşdəki səfiri Mavritaniyadan rəsmi məktub alır. Orada qısaca deyilirdi ki, Provissionato həbsdədir, dələduzluqda və pul yumada ittiham olunur.

Qohumlarına Provissionato ilə görüşə icazə verirlər. O, bərk arıqlamışdı, səhhətində problemlər yaranmışdı. Ancaq tibbi yardım almırdı. Provissionato inanırdı ki, rəisi özü dostu Leonid Reinatonu Mavritaniyadan çıxarmaq üçün onu tələyə salıb və ora göndərib. Və İtaliya hakimiyyətindən xahiş edir ki, ona kömək etsin.

Məsələ BMT Baş Assambleyasının sessiyası zamanı Mavritaniya nümayəndə heyəti ilə müzakirə olunur. Lakin razılıq əldə edilmir. Mvaritaniyalılar tələb edirlər ki, İtaliya Kumara ödənilmiş həmin 1.5 milyon dolları qaytarsın. İtalyanlar isə bu pulu ödəmək istəmirlər. Pulu alıb aradan çıxan Kumar isə sudan quru çıxan yeganə adam olur. İtaliya hakimiyyətinin onun Mavritaniya ilə sövdələşməsinə dair heç bir sübutu yoxdur. 

Kumarın işləri hazırda yaxşı gedir, onun şirkəti yarım illik danışıqlardan sonra Misir hökuməti ilə 500 min dollarlıq müqavilə də bağlayıb. Müqaviləni tez də bağlamaq olardı, ancaq Kumar iş dalınca Qahirəyə getməkdən qəti imtina edir. Misir hakimiyyəti pulun yarısını köçürüb və o, qara bazarda smartfornları izləmək üşün casus proqram axtarmaqdadır…

Biizmxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə