Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cahangir Məmmədli: “Hər bir tələbə bu qaydalara riayət etməlidir”
Cahangir Məmmədli: “Hər bir tələbə bu qaydalara riayət etməlidir”
23 Yanvar 2017 / 17:50 / Baxış sayı: 1354
Font1 Font2 Font3 Font4
Dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb 
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli universitetin dekan müavini Aytəkin Zeynalova ilə bağlı yayılan səs yazısına münasibət bildirib.
C.Məmmədli özəl olaraq Modern.az-a deyib ki, dekan müavini Aytəkin Zeynalova tələbələri sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb: “Mövcud hüquqi aktlara uyğun olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr daxili nizam-intizam qaydalarına mütləq əməl etməlidirlər. Bakı Dövlət Universitetində də daxili nizam-intizam qayaları haqqında təlimat var. Tələbələr I kursa qəbul olunanda həmin təlimatla tanış olur və ona riayət etmələri barədə sənəd imzalayırlar. Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb”.
C.Məmmədli bildirib ki, Aytəkin Zeynalovanın tələbi sadəcə sərt alınıb: “Dekan müavininin tələbi bir az sərt alınıb. Əks halda, nizam-intizam qaydalarındakı təlimata əsasən, müvafiq ölçü götürüləcəyini bildirib. Hər bir tələbə bu qaydalara riayət etməlidir”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə