Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlılar ən çox hansı xəstəliklərə tutulur?
Azərbaycanlılar ən çox hansı xəstəliklərə tutulur?
24 Yanvar 2017 / 21:24 / Baxış sayı: 1304
Font1 Font2 Font3 Font4

Ölkədə ən geniş yayılmış xəstəliklərin statistikası açıqlanıb

Azərbaycanda ən çox hansı xəstəliklərin qeydə alındığı açıqlanıb. arxiv.bizimxeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Bununla yanaşı, sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.

Səhiyyənin prioritet sahələri olan ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə həyata keçirilən tədbirlər nəticəsində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb. Ana və uşaqların sağlamlığının qorunması sahəsində qəbul olunmuş dövlət proqramları uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilib.

İlkin məlumatlara əsasən, 2017-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 55,0 min orta tibb işçisinin çalışdığı 559 xəstəxana və 1751 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 34 həkim və 57 orta tibb işçisi düşür.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə