Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlk sürücüsüz avtobuslar yola çıxdı
İlk sürücüsüz avtobuslar yola çıxdı
25 Yanvar 2017 / 21:58 / Baxış sayı: 1412
Font1 Font2 Font3 Font4

Avtobusa 12 nəfər yerləşir

Fransanın paytaxtı Parisdə ilk sürücüsüz avtobuslar yola çıxıb. arxiv.bizimxeber.az-ın BBC-yə istinadla verdiyi məlumata görə, iki mini avtobus elektrik mühərriki ilə işləyir. Hələlik bu layaihə eksprimental hesab edilir. Ancaq uğur qazanacağı təqdirdə şəhər rəhbərliyi sayın arta biləcəyini deyir.

Avtobusların marşrut xətti qısadır. Onlar yoluna başqa nəqliyyat vasitələri daxil olmur. Hər bir avtobusa 12 nəfər yerləşir. Onlar lazer işıqlar və kameralarla təhciz ediliblər.

Maraqlıdır ki, bu avtobuslar geri də çevrilmirlər. Son dayanacağa çatanda o yenidən geriyə doğru hərəkətə başlayır.

Qeyd edək ki, son illərdə pilotsuz nəqliyyat vasitələrinə maraq sürətlə artır. Dünyanın ən iri avtokonsernləri bu tipli maşınları yaratmaq uğrunda bir-biri ilə rəqabətə başlayıblar. Artıq 2020-ci ilə BMW və “Volkswagen”, eləcə də “General Motors”, “Tesla”, KIA sürücüsüz avtomobilləri istehsal etməyi planlaşdırır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə