Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ac qalmaq ömrü uzadır
Ac qalmaq ömrü uzadır
24 Yanvar 2017 / 23:02 / Baxış sayı: 1522
Font1 Font2 Font3 Font4
ABŞ alimləri əmindirlər ki, ac qalmaq ömrü xeyli uzadacaq.
AZƏRTAC “Nature Communications” saytına istinadla xəbər verir ki, mütəxəssislər primatlar üzərində təcrübə aparıblar. Əvvəllər gəmiricilər üzərində keçirilən bu cür tədqiqat göstərib ki, istehlak edilən kalorinin 30-40 faiz azalması ömrü uzada bilər.
Təcrübə zamanı yaşlı meymunların rasionunu tədricən azaltmağa başlayıblar. Aşkar edilib ki, qida payı azaldılan meymunlar digərlərindən 2-4 il çox yaşayıb. Lakin onların içində elələri olub ki, adi meymunlardan 1,5 dəfə çox yaşayıb.
Bundan başqa, tədqiqatçılar qeyd ediblər ki, yeməkləri məhdudlaşdırılan meymunların sağlamlığı yaxşılaşıb. Alimlər əmindirlər ki, istehlak edilən kalorinin azaldılması insanın sağlamlığına da yaxşı təsir edə bilər.
Bundan əvvəl ekspertlər skleroza qarşı mübarizədə aclığın əhəmiyyətini vurğulayıblar. Tədqiqatçılar siçanlar və könüllü adamlar üzərində təcrübə aparıblar. Hər iki halda həkimlər xəstəliyə qarşı mübarizədə müsbət dinamikanın olduğunu deyiblər.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə