Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabaha olan hava – Proqnoz
Sabaha olan hava – Proqnoz
24 Yanvar 2017 / 14:17 / Baxış sayı: 1706
Font1 Font2 Font3 Font4
Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və TƏbii Sərvətlər NAzirliyin dən arxiv.bizimxeber.az– a verilən xəbərə görə, gündüz bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.
Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə,
 Yanvarın 25-i axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 26-da mülayim xəzri küləyi əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gün ərzində bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə