Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Astanadan SON XƏBƏR: “Yekun sənəd imzalanmayacaq”
Astanadan SON XƏBƏR: “Yekun sənəd imzalanmayacaq”
24 Yanvar 2017 / 13:07 / Baxış sayı: 1304
Font1 Font2 Font3 Font4

Astana danışıqlarda Suriya müxalifətinin nümayəndə heyəti atəşkəs rejiminin zaminləri olan ölkələrin (Türkiyə, Rusiya, Suriya) yekun rəsmi sənədini imzalamayacaq.

Publika.az xəbər verir ki, bu haqda Suriya müxalifətinin rəsmi nümayəndəsi Yəhya əl-Aridi bildirib.

“İmzalama olmayacaq. Zamin ölkələr – Rusiya, Türkiyə və İran mümkündür ki, sənədi sadəcə yayacaqlar. Təəssürat formalaşır ki, zamin ölkələr öz maraqları haqqında daha çox düşünürlər, nəinki Suriya xalqının maraqları haqqında. Biz barışığı saxlamaq istəyirik. Amma bunun üçün başqa tərəflər hər şeydən əvvəl Suriya xalqı haqqında düşünməlidir”, – deyə o, vurğulayıb.

SİTA-ya danışan mənbələr həmçinin bildiriblər ki, Suriyanın hökumət nümayəndələri tərəfindən də yekun sənədin imzalanması planlaşdırılmır.

BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura isə qeyd edib ki, tərəflər Astanada yekun sənədin uyğunlaşdırılmasına yaxındır.

Qeyd edək ki, bu gün Astanada Suriya üzrə danışıqların ikinci raundu keçirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə