Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhkəmə Maşallah Əhmədova yenə vaxt verdi (YENİLƏNDİ)
Məhkəmə Maşallah Əhmədova yenə vaxt verdi (YENİLƏNDİ)
24 Yanvar 2017 / 13:09 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4

Fasilədən sonra davam etdirilən prosesdə M.Əhmədov sabaha qədər vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov son söz deməkdən imtina edib.

Maşallah Əhmədov bildirib ki, zərərçəkmiş Yusif Əzizov 50 min manat və 2 illik maaşımı verməyini təklif edib. Hakim isə Maşallah Əhmədovu yalan danışdığını bildirib.

Yalan danışmadığını söyləyən Maşallah Əhmədov əlavə edib ki, günün birinci yarısına qədər zərərçəkmişə dəymiş ziyanla bağlı məsələni həll edəcək: “Mənə vaxt verin. Sabaha qədər 50 min manat verə bilərəm. Qalan məbləğə isə 2 illik maaşımı verəcəm. Allaha and olsun ki, ondan bir qəpik də pul almamışam. Pul daşlara qoyulub”.

Yusif Əzizov 128 min manat pulunu tələb edib.

Məhkəmə Maşallah Əhmədova bir saata qədər vaxt verib. Bu səbəbdən prosesdə fasilə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Maşallah Əhmədovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Maşallah Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən “Neftçi” klubunda oynayıb. 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. (teleqraf)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə