Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Xahiş etsəm Tramp mənimlə görüşər, amma…” -Azərbaycanlı oliqarx
“Xahiş etsəm Tramp mənimlə görüşər, amma…” -Azərbaycanlı oliqarx
24 Yanvar 2017 / 14:39 / Baxış sayı: 946
Font1 Font2 Font3 Font4

ABŞ-ın yeni prezidenti Donald Tramp özünün inauqurasiya nitqində “yeni ittifaqlar” quracağını deyərkən Rusiyanı nəzərdə tuturdu. Lakin o, Rusiya ilə münasibtləri düzəldə bilmək üçün əvvəlcə öz hakimiyyətini möhkəmləndirməlidir.

Virtualaz.org xəbər verir ki, bu haqda 2013-cü ildə Donald Trampla birlikdə Moskvada “Dünya gözəli” müsabiqəsini keçirmiş azərbaycanlı oliqarx-milyarder Araz Ağalarov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində danışıb.
“Aydın məsələdir ki, Trampa güclü təzyiq var, onlar hələ hakimiyyətdə möhkəmlənməyiblər. Ona görə də onun komandasının dedikləri gələcəkdə edəcəkləri ilə tam uyğun gəlməyə bilər…Əgər heç bir impiçment və ya hansısa başqa axmaqlıqlar baş verməsə, Tramp əsas postlara öz adamlarını yerləşdirə bilsə situasiya prinsipcə, dəyişə bilər”-Araz Ağalarov deyib.
Azərbaycanlı oliqarxın fikrincə bu proses azı yarım il çəkməlidir. Ancaq onun fikrincə Rusiya Trampdan nəsə gözləməli deyil. “Əsas odur ki, bizə zərər vurmasınlar, biz ancaq öz gücümüzə arxalanıb irəli getməliyik”-o bildirib. Ağalarovun sözlərinə görə, Tramp praqmatik adamdır, dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, əlaqələri düzəltmək istəyir.
İş adamı bildirir ki, Trampla, yaxud onunla bağlı olan biznes strukturlarla əlaqələri bərpa etmək haqda düşünmür. “İndi bilirsiniz vəziyyət necədir? Orada situasiya elədir ki, hansısa keçmiş biznes-partnyorların ortaya çıxması aranı qarışdıracaq. İndi orada hər şey diqqətlə araşdırılır. Tutaq ki, Trampa nə vaxtsa işləmiş hansısa indus ortaya çıxdı- o saat bütün mətbuat partlayacaq: budur, Tramp özünün köhnə əlaqələrindən istifadə edir, hansısa biznes qurmaq istəyir və s. Aydın məsələdir, o, sözünü tutan adamdır. Yəni əgər mən görüşməyi xahiş etsəm fikrimcə etiraz etməz. Lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm. Çünki onların bütün mətbuatı seçkilərə qədər Trampı Kremllə əlaqələndirmək üçün mənim onunla fotolarımı dərc edib. Və indi “bunu təsdiqləyərək” mən haradasa onunla birgə peyda oluram…Daha betər olardı ki, Ağ Evdə. Bütün qəzetlər tozanaq qoparacaq. Ona görə də gözləmək lazımdır, gələcək göstərəcək”-azərbaycanlı oliqarx bildirib.
Ağalarov jurnalistin sualına cavab olaraq deyib ki, hələlik Rusiya XİN, yaxud digər strukturlar Trampla tanışlığına görə onunla əlaqə saxlayıb nəsə kömək istəməyiblər. “Fikrimcə mən Trampla işləyən tək adam deyiləm. Tramp bura 1980-ci illərdən gəlib-gedirdi və yəqin ki, məndən başqa da kimlərisə tanıyır”-iş adamı qeyd edib.
Bu arada ABŞ-ın “The Daily Beast” nəşri 2013-cü ildə “Dünya gözəli” müsabiqəsinin təşkili zamanı Trampla birlikdə olan moskvalı gözəlçə, iş adamı Yuliya Alferova ilə əlaqə saxlayıb. O deyir ki, Trampın Moskvada fahişələrlə əylənən yerdə çəkilmiş videogörüntülərinin olduğuna inanmır. “Mən əminəm ki, Trampın fahişələrlə heç bir videogörüntüləri yoxdur. O, Moskvada olanda hər xırda detala fikir verirdi, çünki nəzərə alırdı ki, bizim ölkələrimiz arasında ciddi gərginlik var”-Alferova bildirib.
Bəs birdən kimsə gələcək Amerika prezidentini izləyibsə və hansısa oteldə onun fahişələrlə görüntülərini çəkibsə onda necə olsun? Alferova əvvəlcə gözlərini döyür, sonra deyir: “Buna görə məsuliyyəti Trampın mühafizəçiləri daşımalıdır, biz yox”.
2013-cü ildə Trampın Moskvada olarkən qaldığı “Ritz Carlton” otelinin trenajor zalına tez-tez baş çəkən jurnalist və elit tusovkalarda sayılıb-seçilən gözəlçə Kseniya Sokolova isə deyir ki, Trampın oteldə fahişələrlə əyləndiyinə inanmır. “Mən özüm Trampla “Ritz Carlton”da yatmamışam”-Sokolova deyir.
Lakin siyasi texnoloq , “Dojd” telekanalının aparıcısı Stanislav Belkovski bununla razılaşmır: “Yerli fahişələr deyirlər ki, Trampın fahişələrlə “qızıl yağış” orqiyası təşkil etməsi doğrudur…”
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə