Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ bayrağıyla başını bağlamış qadın illüstrasiyasının rəssamı o imiş
ABŞ bayrağıyla başını bağlamış qadın illüstrasiyasının rəssamı o imiş
24 Yanvar 2017 / 17:31 / Baxış sayı: 1200
Font1 Font2 Font3 Font4

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinə başladığı ilk gün ciddi bir etiraz dalğası ilə qarşılaşıb. Avstraliyadan Keniyaya, Hindistandan İsveçə, Çilidən ABŞ-a qədər onlarla ölkədə, 600-dən çox şəhərdə küçəyə çıxan qadınlar əllərində ABŞ bayrağıyla başını bağlamış bir illüstrasiya nümayiş etdiriblər.

Həftə sonu dünyanın hər yerində küçələrə axışan qadınların əllərində daşıdığı ABŞ bayrağıyla başını bağlamış qadın illüstrasiyasının rəssamı Nyu-Yorkda yaşayan Munir Əhməd imiş.

Milli.Az xəbər verir ki, həftə sonu yarım milyonu keçən qadının toplandığı Vaşinqtondan Nyu-Yorka dönərkən İngiltərənin “The Guardian” qəzetinə müsahibə verən 32 yaşlı Əhməd: “Yalnız onu deyə bilərəm ki, mən də sizin kimi amerikalıyam. Həm amerikalıyam, həm də müsəlmanam. Və hər ikisinə görə də çox qürurluyam”, – deyib.

Munir Əhməd: “Fotonun mənası nəyəsə qarşı olmaq deyil, yalnız bir nümayişdir. “Mən də eynilə sizin kimi amerikalıyım” deməkdir”, – ifadələrini işlədib.

Qeyd edək ki, Munir Əhmədin ailəsi 1970-ci illərin sonunda Banqladeşdən Nyu-Yorka gəlib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə