Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ kəşfiyyatı ermənilərə dəstək verən ölkələri ifşa etdi – Məxfi sənəd
ABŞ kəşfiyyatı ermənilərə dəstək verən ölkələri ifşa etdi – Məxfi sənəd
25 Yanvar 2017 / 10:08 / Baxış sayı: 1114
Font1 Font2 Font3 Font4

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxararaq yaydığı hesabatlarda erməni terror təşkilatı ASALA-ya dəstək verən ölkələrin adlarını açıqlanıb.

arxiv.bizimxeber.az istipress-ə istinadən xəbər verir ki, 1987-ci il iyulun 1-də ABŞ-ın terror mübarizə qurumlarının keçirilən toplantısında dönəmin MKİ rəhbərinin müavini Robert Qeytsə təqdim olunan “Terrorla mübarizədə xəbərdarlıq və təxminlər” adlı hesabatda mühüm məlumatlara yer verilib.

Hesabatda qeyd olunur ki, Suriya və Yunanıstan başda PKK və ASALA olmaqla bir neçə terror təşkilatına yaxından dəstək verir və əlaqələr qurur.

Yunanıstanın 1980-ci illərdə baş naziri olan Andreas Papandreu və lideri olduğu Panhelenik sosialist hərəkat partiyası hökumətinin erməni terror təşkilatı ASALA-ya dəstək verdiyi vurğulanan hesabatda qeyd olunur ki, ASALA-nın Yunanıstanın paytaxtı Afinada ofisləri var və gizli fəaliyyət göstərir.

“Yunanıstanda PKK, Hizbullah, Əbu Nidal qruplaşması (ANO) və ASALA fəaliyyət göstərir. Yunan hökuməti onların qarşısını almaq üçün heç bir iş görmür. Bu qruplaşmalara yönəlik “toxunulmazlıq” statusu hökm sürür. ASALA-nın Afinada gizli varlığı barədə məlumatlar var”, – deyə MKİ-nin hesabatında qeyd olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə